unnamed
LOQOS PSİXOLOJİ NİTQ VƏ MƏRKƏZİ

İNKLÜSİV TƏHSİL

Loqos PNİM-də artıq 11 ilə yaxındır ki, İnklüziv təhsil şöbəsi fəaliyyət göstərir. Məktəb dərslərinə dəstək proqramları da mövcuddur.
Play Video

İlk öncə inklüziv təhsil nədir?

Artıq ölkəmizdə aktiv fəaliyyət göstərən İnklüziv təhsil, Sağlamlıq imkanları məhdud uşaqların cəmiyyətə adaptasiyasına, onların sağlam uşaqlarla birlikdə ümumitəhsil müəssisələrində təhsil almasına və həmçinin onların öz həmyaşıdları ilə dərsdənkənar tədbirlərdə,şənliklərdə və s. fəaliyyətlərə qoşulmasına kömək edir. Ölkəmiz günü-gündən xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün müxtəlif yardımlar göstərməkdədir.

Hansı uşaqlar bizə cəlb edilə bilər?

Bu şöbəyə autizm spektr əlamətləri olan uşaqlar, disleksiya, disqrafiya, öyrənmə çətinliyi olan uşaqlar, ümumi inkişaf ləngiməsi və əqli geriliyi olan şəxslər müraciət edə bilər.

Fəaliyyətlərimiz həm inkişaf proqramına əsasən aparılan qrup dərsləri, həm də fərdi şəkildə aparılan məşğələlər təşkil edir. Qrup dərslərində, dərs boyu şagirdlər yalnız dərs oxumaqla deyil eyni zamanda incə motorun inkişafı, beyin gimnastikası, müalicəvi nağıl terapiyası və s. Bu kimi fəaliyyətlərə də qoşulurlar. Məktəbli olan uşaqlarımız üçün oxuya hazırlıq və riyaziyyatın təkmilləşdirilməsi
üzrə də qrup dərslərimiz mövcud olmaqdadır. Burada şagirdlər müxtəlif yollarla öyrənməyə sövq edilir. Maraqlı terapiyalarla, yaradıcı tətbiqetmə, fənlərarası əlaqə aparmaqla, asudə vaxtları düzgün təşkil edilərək dərslərə daha həvəslə cəlb olunurlar.

Mərkəzimizdə loqoped, duyu bütünləmə, müalicəvi bədən tərbiyəsi, psixoloq vəs. mütəxəssislər vardır və bütün mütəxəssislərimiz kompleks şəkildə işləyirlər. İnklüziv təhsil şöbəsinin rəhbəri, metodist Aysel Arastunqızının müəllifi olduğu bir neçə inkişaf proqramları ilə uşaqlar qısa bir vaxt ərzində oxu-yazı çətinlikləri
aradan qaldırılır, riyazi bacarıqları üzərində iş gedir və müəllifi olduğu “Alternativ zəka” proqramı ilə də uşaqlar hərtərəfli düşünmə qabiliyyətini özlərində formalaşdırırlar.

Randevu alın

BİZİMLƏ ƏLAQƏ

LOQOS Psixoloji və Nitq Mərkəzi

2014-cü ildən etibarən fəaliyyətə başlayan “Loqos” Psixoloji və Nitq Mərkəzi artıq 10 ildir ki, bütün yaş qrupları üzrə psixo-pedaqogika, loqopediya, psixologiya, duyu bütünləmə və müalicəvi idman sahəsində bütün növ korreksiyaları həyata keçirir.

+994 70 600 46 48

İş saatları

09.00 - 18.00