Vasif Akifli hazırda Loqos Psixoloji və Nitq Mərkəzinin Mətbuat və İnformasiya şöbəsinin rəhbəri, həmçinin Real TV və Real FM 107 radiosunda aparıcı və tibbi ekspert kimi fəaliyyət göstərir.
Təhsilini Türkiyədə anesteziya ixtisası üzrə tamamlamış, Türkiyənin köklü xəstəxanalarında çalışaraq səhiyyə sahəsində peşəkar təcrübə qazanmışdır. Azərbaycana qayıtdıqdan sonra media və sosial layihələr sahəsində fəaliyyətini davam etdirərək Loqos Psixoloji və Nitq Mərkəzində və Real TV-də müxtəlif layihələrdə iştirak edir.
Vasif Akifli sosial sahədə fəaliyyəti ilə də tanınır. O, bir müddət uşaq sığınacaq evində rəhbər vəzifədə çalışaraq uşaqların hüquqlarının qorunması və sosial müdafiəsi istiqamətində fəaliyyət göstərmişdir. Uşaqların həyatına həsr olunmuş "Özgə uşaq olmur" adlı sosial layihəsi 26 ölkənin iştirak etdiyi beynəlxalq müsabiqədə birincilik qazanmışdır.
2023-cü ildə Türkiyədə baş verən Kahramanmaraş zəlzələsi zamanı könüllü səhiyyə qrupları ilə birlikdə zəlzələdən zərərçəkən bölgələrdə humanitar və tibbi yardım fəaliyyətində iştirak etmişdir.
Eyni zamanda, Loqos Psixoloji və Nitq Mərkəzinin təsisçi rəhbəri Təranə xanım Paşayeva tərəfindən mərhum millət vəkili Qənirə xanım Paşayevanın əziz xatirəsinə yaradılmış Loqos Günlük Baxım və Sosial Dəstək Mərkəzinin (hüzur evi) icraçı direktoru vəzifəsini icra edir.
Vasif Akifli fəaliyyətində media, psixologiya və sosial xidmət sahələrini birləşdirərək maarifləndirici layihələr və sosial təşəbbüslərlə cəmiyyətə töhfə verməyə davam edir.

Mütəxəssisimizdən peşəkar dəstək almaq üçün bizimlə əlaqə saxlayın