Sevda Ağayeva — Əhmədli filialının baş psixoloqu. 11 ildən artıq psixoloji xidmət sahəsində uşaq və yeniyetmələr üzrə mütəxəssis kimi fəaliyyət göstərir.
Oyun terapiyası və Koqnitiv Davranış Terapiyası (KDT) metodlarını tətbiq edir. Sxem terapiyası və inteqrativ yanaşma üzrə beynəlxalq təlimləri tamamlamışdır.
Təhsil
- Bakı Dövlət Universiteti — Sosial elmlər və psixologiya
Təlimlər və sertifikatlar
- Psixoloji testlərin tətbiqi
- Koqnitiv Davranış Terapiyası (KDT)
- Sxem Terapiyası üzrə Beynəlxalq Cəmiyyətin təlimi
- Hər bir Psixoterapevtin bilməli olduğu 10 texnika
- Psixoterapiyada İnteqrativ və İnkişafyönümlü Yanaşma
Fəaliyyət sahələri
- Diqqət əksikliyi, hiperaktivlik və davranış pozuntuları
- Autizm spektr pozuntusu və inkişaf pozuntuları
- Valideyn və övlad münasibətlərindəki çətinliklər
- Özgüvən əksikliyi
- Sosial bacarıqların inkişafı
- Təşviş və fobiyalar
- Psixosomatik pozuntular