Orxan Əzizov — Sumqayıt filialının müalicəvi idman mütəxəssisi. 12 ildən artıq ixtisaslaşmış iş təcrübəsinə malikdir. 2023-cü ildə Azərbaycan Autizm Assosiasiyası tərəfindən "İlin ən yaxşı təlimçisi" diplomu ilə təltif olunmuşdur.
ABA terapiyası, motor bacarıqların inkişafı, serebral iflicli və autizmli uşaqlarla müalicəvi bədən tərbiyəsi sahəsində geniş təcrübəyə malikdir.
Təhsil
- Bakı Asiya Universiteti — Filologiya fakultəsi (2005–2009)
İş təcrübəsi
- Uğur İnkişaf Mərkəzi — Yaşam koçu (2014–2016)
- İndigo-Special xüsusi uşaq bağçası — Müalicəvi idman (2016–2017)
- Mayak Reabilitasiya Mərkəzi — Gündəlik yaşam bacarıqları təlimçisi (2017–2018)
- Loqos Psixoloji və Nitq Mərkəzi — Müalicəvi idman (2019-dan)
Təlimlər və sertifikatlar
- Tətbiqi Davranış Analizi (ABA) təlimi (2014)
- Serebral iflicə — Türkiyə Spastik Uşaqlar Vəqfi təlimi (2015)
- ABA-ya giriş — Doğa Otizm Vakfı (2017)
- Xüsusi tələbatlı uşaqlarda motor bacarıqları və idman (2021)
- Erkən uşaqlıq dövründə psixi inkişaf seminarı (2015)
- Autizm spektr pozuntusu — akademik bacarıqların öyrədilməsi
- Xüsusi tələbatlı uşaqlarda sportif fəaliyyətlər (Türkiyə, 2018)