Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) bir qrup üzvü “Loqos” Psixoloji və Nitq Mərkəzini ziyarət edib. Ziyarət çərçivəsində AQSİA üzvləri Mərkəzin fəaliyyəti və təqdim olunan xidmətlərlə yaxından tanış olublar.
Qonaqları salamlayan “Loqos” Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva “Loqos”un 10 il öncə yaranması, Mərkəzin bu illər ərzində gördüyü işlər, qazanılan nailiyyətlər, AQSİA ilə “Loqos”un arasında illərdir davam edən uzunmüddətli əməkdaşlıq, həyata keçirilən birgə fəaliyyətlər barədə AQSİA üzvlərini məlumatlandırıb.
Daha sonra qonaqlar üçün “Loqos” Psixoloji və Nitq Mərkəzinin 10 illiyinə həsr olunmuş video-çarx təqdim olunub. AQSİA üzvləri göstərilən qonaqpərvərliyə və illərdir davam edən əməkdaşlığa görə Təranə Paşayevaya və Mərkəzin kollektivinə minnətdarlığını bildirib, “Loqos”un fəaliyyətinə uğurlar arzu ediblər.