“Loqos”da beynəlxalq dərəcəli təlim kursuna start verilib.

Məqalədə olanlar

21-23 sentyabr 2024-cü il tarixlərində “Loqos” Psixoloji və Nitq Mərkəzində “Koqnitiv Davranış Terapiyası” təlim kursu keçirilib.

“Loqos” Psixoloji və Nitq Mərkəzinin təşkilatçılığında “Bilişsel Davranışçı Psikoterapiler Derneği” ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda ilk dəfə baş tutan, “Avropa Davranış və Koqnitiv Terapiyalar Assosiasiyası”nın (EABTC) təsdiq etdiyi təlim kursunun ilk modulu 3 gün keçirilib.

Açılış nitqi ilə çıxış edən “Loqos” Psixoloji və Nitq Mərkəzinin təsisçisi və rəhbəri, psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva qonaqları və kurs iştirakçılarını salamlayaraq “Loqos” Psixoloji və Nitq Mərkəzinin 10 il çərçivəsində gördüyü işlər, həyata keçirilən layihələr haqda məlumat verib. Təranə Paşayeva Mərkəzin beynəlxalq əməkdaşlıqlara önəm verdiyini, ölkəmizdə ilk dəfə keçirilən bir çox kurs və təlimlərin məhz “Loqos” tərəfindən təşkil olunduğunu və bu təlim kursunun da Azərbaycanda ilk olduğunu vurğulayıb.

Daha sonra “Koqnitiv Davranış Terapiyası” təlim kursuna start verilib.

3 gün ərzində “Avropa Davranış və Koqnitiv Terapiyalar Assosiasiyası”nın tanınmış simaları, akkreditasiyalı təlimçilər – Professor Dr. Hakan Türkçapar, Professor Dr. Kadir Özdel və Dosent Dr. Ercan Altınöz tərəfindən təlimlər keçirilib, təlim mövzuları ətrafında müzakirələr edilib və iştirakçıları maraqlandıran suallar təlimçilər tərəfindən cavablandırılıb.

Qeyd edək ki, “Koqnitiv Davranış Terapiyası” təlim kursunun növbəti modulu 25-27 oktyabr 2024-cü il tarixlərində keçiriləcəkdir.

Paylaşmaq :

Randevu alın

BİZİMLƏ ƏLAQƏ

LOQOS Psixoloji və Nitq İnkişafı Mərkəzi

2014-cü ildən etibarən fəaliyyətə başlayan “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi artıq 7 ildir ki, bütün yaş qrupları üzrə psixo-pedaqogika, loqopediya, psixologiya, duyu bütünləmə və müalicəvi idman sahəsində bütün növ korreksiyaları həyata keçirir.

+994 70 600 46 48

İş saatları

09.00 - 18.00