Əziz izləyicilərimiz!
Bu gün Sizlərlə uzun müddətdir həyata keçirdiyimiz sosial fəaliyyət hesabatımızı bölüşmək istəyirik.
Özəl sahə üzrə xidmət göstərməyimizə baxmayaraq, hər zaman vacib məqsədlər siyahısının başında xalqımıza, hər bir vətəndaşımıza bacara bildiyimiz qədər dəstək göstərmək durur.
“Loqos” ailəsi olaraq bu dəfə də bu çətin və şərəfli missiyanın öhdəsindən gəldiyimizi düşünürük.
Vətən müharibəsi və sonrakı dövrdə bizə müraciət edən, ətrafımızda gördüyümüz, tanıdığımız nə qədər şəhid və qazi ailəsi varsa peşəkar komandamız tərəfindən onlara psixoloji, pedaqoji və loqopedik xidmətlər göstərməyə çalışdıq.
Eləcə də, gördüyünüz statistikadan əlavə, sərhədyanı bölgələrdə fəaliyyət göstərən filiallarımızın mütəxəssisləri psixoloji sarsıntı keçirən ailələri ziyarət edərək, onlarla görüşlər həyata keçirdilər.
Bu çətin dönəmdə “Loqos”-un əsas amalı olan insanlara dəstək missiyasını öz üzərinə götürən hər bir əməkdaşlarımıza təşəkkür edir və onlarla qürur duyuruq!