Təranə Paşayeva Fəxri Fərmanla təltif olundu!

Xeyirxahlıq etmək, çətin günlərdə kimlərisə sevindirmək, yaxşılığa və parlaq gələcəyə inandırmaq bir insanlıq gücüdür!

“Loqos” ailəsi isə bu insanlıq gücünə sahibdir!

Vətən müharibəsi və sonrakı dövrdə N saylı hərbi hissəyə göstərdiyi psixoloji və humanitar dəstəyə görə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbərliyi və kollektivi Fəxri Fərmanla təltif olundu.

Bu çətin dönəmdə “Loqos”-un əsas amalı olan insanlara dəstək missiyasını öz üzərinə götürən əməkdaşlarımıza təşəkkür edir və onlarla qürur duyuruq!
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.