MƏNİM QƏHRƏMANIM SƏNSƏN HEKAYƏSİ

MƏNİM QƏHRƏMANIM SƏNSƏN HEKAYƏSİBu kitab, IASC MHPSS RG Dəstək Qrupu, Fövqəladə Hallarda Psixi Sağlamlıq və Psixososial Dəstək üzrə Hökumətlərarası Daimi Komitə tərəfindən hazırlanan bir layihədir. Layihə, IASC MHPSS RG-nin üzv təşkilatlarının qlobal, regional və ölkə səviyyəli mütəxəssisləri, həmçinin 104 ölkədən olan valideynlər, baxıcılar, müəllimlər və uşaqlar tərəfindən dəstəkləndi. Ərəb, ingilis, italyan, fransız və ispan dillərində hazırlanmış qlobal sorğu, COVID-19 yayılması zamanı uşaqların zehni sağlamlığı və psixososial ehtiyaclarını qiymətləndirmək üçün paylanıldı. Aparılan tədqiqatın nəticələrindən istifadə edərək hekayədə əhatə olunacaq mövzuların sxemi quruldu. Kitabın məzmunu, COVID-19-dan təsirlənən bir neçə ölkənin uşaqlarına nağıl şəklində izah edildi. Uşaqların, valideynlərin və tərbiyəçilərin rəyinə uyğun olaraq, kitab yenidən işlənib hazırlanmışdır.

Dünyanın hər yerindən 1700-dən çox uşaq, valideynlər, tərbiyəçilər və müəllimlər COVID-19 ilə necə davrandıqlarını bizimlə bölüşmək üçün vaxt ayırdılar. Bu uşaqlara, valideynlərinə, tərbiyəçilərinə və müəllimlərimizə araşdırmalarımızda iştirak etdikləri və bizə ilham verdikləri üçün çox təşəkkür edirik . Bu hekayə dünya uşaqları üçün dünya uşaqları tərəfindən hazırlanmışdır.

IASC MHPSS RG Helen Patuck'u bu hekayənin transkripsiyası və illüstratoru hesab edir.

Bu kitabı ingilis dilindən azərbaycancaya;
Tərcümə edən: Anara Quliyeva
© IASC, 2020. Bu iş Creative Commons Müəllif Lisenziyası (CC BY-NC-SA 3.0 IGO; https://creativecommons.org/licenses/by-nc-sa/3.0/igo) ilə lisenziyalıdır. Bu lisenziyanın şərtlərinə əsasən, işarələrin qeyri-kommersiya məqsədləri üçün kopyalanmasına, tərcüməsinə və uyğunlaşdırılmasına icazə verilir.

KİTABI YÜKLƏ:
sn-mnim-qhrmanmsan.pdf [1,33 Mb] (downloads: 29)
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.