Azərbaycanda İLK DƏFƏ “I LOQOPEDİYA KONFRANSI" keçirilib.

Azərbaycanda İLK DƏFƏ “I LOQOPEDİYA KONFRANSI" keçirilib.
“LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Loqopedik və Defektoloji sahə üzrə beynəlxalq konfrans keçirilib.
Konfransın keçirilməsində məqsəd Azərbaycanda Loqopediya və Defektologiya sahəsi üzrə çalışan mütəxəssislərin peşəkarlıq səviyyəsinin artırılması, bu sahəyə marağı olan şəxslərin nəzəri və praktiki biliklərinin genişləndirilməsi və nitq qüsurları olan insanların müalicəsinə diqqəti artırmaqdan ibarət olub.
Konfrans zamanı Rusiya, Türkiyə və başqa ölkələrdən dəvət olunan peşəkar mütəxəssislər tərəfindən verilən praktiki və nəzəri biliklər yerli mütəxəssislərin beynəlxalq standartlar çərçivəsində inkişaf etməsinə öz töhfəsini verib.
Konfrans çərçivəsində aşağıdakı mövzular haqqında panellər təşkil edilib:
Çiğdem Ergün – Defektoloq, Loqoped
Mövzu: Floortime (Uşağın duyu, dil, motor bacarıqlarını dəyərləndirən və uşağın inkişaf səviyyəsini artırmaqda kömək edən yerdə oyun və ya oyunla terapiya adlı vasitədir )
Jukova Olesya: Yüksək ixtisaslı loqoped
Mövzu: Nitq qüsurları (Nitq qüsurlarının yaranma səbəbləri və onların korreksiyası)
Elena Arxipovna: Prof; loqopedik problemlər üzrə müxtəlif kitabların müəllifi
Mövzu: Uşaqların erkən inkişaf dövründə yaranan problemləri, onların diaqnostikası və korreksiyası (0-3 yaş arası)
Anara Quliyeva: “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Uşaq bölməsinin Baş Uşaq psixoloqu, Klinik Psixoloq
Mövzu: Uşaqlarda nitq qüsuru kimi görünən psixoloji narahatlıqlar
Ülviyyə Qurbanova: “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Defektoloq-Loqopedi
Mövzu: Dislaliya və onun korreksiyası
Sonda iştirakçılar sertifakat ilə təltif olunublar.


Azərbaycanda İLK DƏFƏ “I LOQOPEDİYA KONFRANSI" keçirilib.

Azərbaycanda İLK DƏFƏ “I LOQOPEDİYA KONFRANSI" keçirilib.

Azərbaycanda İLK DƏFƏ “I LOQOPEDİYA KONFRANSI" keçirilib.

Azərbaycanda İLK DƏFƏ “I LOQOPEDİYA KONFRANSI" keçirilib.

Azərbaycanda İLK DƏFƏ “I LOQOPEDİYA KONFRANSI" keçirilib.

Azərbaycanda İLK DƏFƏ “I LOQOPEDİYA KONFRANSI" keçirilib.

Azərbaycanda İLK DƏFƏ “I LOQOPEDİYA KONFRANSI" keçirilib.

Azərbaycanda İLK DƏFƏ “I LOQOPEDİYA KONFRANSI" keçirilib.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.