Gəncə şəhər İcra Hakimiyyəti, şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, YAP Gəncə şəhər təşkilatının birgə təşkilatçılığı ilə “İl Sonu” adlı gənclər üçün əyləncəli bayram tədbiri keçirilib.
Yeni il və 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə təşkil edilən tədbirdə YAP Gəncə şəhər təşkilatının Aparat rəhbəri Orxan Əhmədov dövlət gənclər siyasətinin icrası istiqamətində ölkədə görülən işlərdən, onlara göstərilən dövlət qayğısından danışıb. Qeyd edib ki, ölkə Başçısı İlham Əliyevin məqsədyönlü siyasətinin nəticəsidir ki, bu gün Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşıb.
Tədbirin sonunda 2019-cu ildə YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin fəaliyyətində seçilən gənclərə fəxri fərman və tədbirin tərəfdaşı “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən hədiyyələr təqdim olunub.
Onu da qeyd edək ki, “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi tədbirin təşkilində göstərdiyi dəstəyə görə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatı tərəfindən “Təşəkkürnamə” ilə təltif olunub.