257 nömrəli tam orta məktəbdə “ Ünsiyyət və komanda işi” adlı seminar keçirilib.

Məlumat üçün bildirək ki, Təhsil Nazirliyi və SOS Uşaq kəndləri Azərbaycan Assosiasiyasının birgə razılığı ilə 2011-ci ildən həmin məktəbdə valideyn himayəsindən məhrum, həm də maddi çətinlikləri olan şagirdlər üçün nəzərdə tutulmuş “Təhsilə dəstək” layihələri tətbiq edilibdir. Həmin layihələr hazırda məktəbdə uğurla həyata keçirilir. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi, “SOS” uşaq kəndlərinin əməkdaşlığı çərçivəsində “ Ünsiyyət və komanda işi” adlı seminar şagirdlərin marağına səbəb olubdur.
Seminarda PXTİB-nin "Gənclərlə iş" şöbəsinin rəhbəri Həlimə Tağıyeva, "Loqos" PNİM-in nevropsixoloqu Nərgiz Allahquluzadə, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
PXTİB-nin "Gənclərlə iş" şöbəsinin rəhbəri Həlimə Tağıyeva açılış edib, hərkəsi salamlayaraq “SOS” uşaq kəndinə və 257 nömrəli məktəbin rəhbərliyinə yüksək səviyyədə təşkilatçılıq üçün öz təşəkkürünü bildirib.
Sonra "Loqos" PNİM-in nevropsixoloqu Nərgiz Allahquluzadə çıxış edərək şagirdlərə "ünsiyyət və komanda işi" mövzusu haqqında təlim keçərək ünsiyyətdə vacib nüansları onların nəzərinə çatdırıb. Təlim zamanı uşaqlarla tanışlıqdan sonra ilkin növbədə ünsiyyət nədir, nə üçün lazımdır, ünsiyyətdə önəmli nüanslar və ünsiyyəti pozan davranışlar ətrafında uşaqlarla qarşılıqlı müzakirələr aparıb. Daha sonra komanda və komanda işi haqqında danışılıb.
Sonda isə uşaqlar komanda oyunları ilə eyni hədəfə fokuslanmaq və eyni məqsəd uğrunda mübarizə aparmaqla təlim zamanı nəzəri tərəfdən öyrəndiklərini praktiki cəhətdən tamamlayıblar.
Seminarın sonunda xatirə şəkli çəkdirilib.


257 nömrəli tam orta məktəbdə “ Ünsiyyət və komanda işi” adlı seminar keçirilib.

257 nömrəli tam orta məktəbdə “ Ünsiyyət və komanda işi” adlı seminar keçirilib.

257 nömrəli tam orta məktəbdə “ Ünsiyyət və komanda işi” adlı seminar keçirilib.

257 nömrəli tam orta məktəbdə “ Ünsiyyət və komanda işi” adlı seminar keçirilib.

257 nömrəli tam orta məktəbdə “ Ünsiyyət və komanda işi” adlı seminar keçirilib.

257 nömrəli tam orta məktəbdə “ Ünsiyyət və komanda işi” adlı seminar keçirilib.

257 nömrəli tam orta məktəbdə “ Ünsiyyət və komanda işi” adlı seminar keçirilib.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.