“Loqos” Psixoloji və Nitq inkişaf Mərkəzində gənclər üçün keçirilən təcrübə proqramları davam edir.Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Pedaqoji Kollecinin tələbələri Mərkəzin mütəxəssisləri tərəfindən aparılan təcrübə proqramlarında iştirak edərək, psixologiya sahəsində yeni biliklərə yiyələnir və təcrübə toplayırlar.