Mayın 24-də Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvləri Milli Məclisdə olublar.

Əvvəlcə gənclər Milli Məclisin inzibati binasında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini yad ediblər.
Sonra YAP Gənclər Birliyinin üzvləri parlamentin iclas zalı ilə tanış olublar. YAP İcra katibinin müavini, Milli Məclisin İctimai Birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov gəncləri salamlayıb, onların Azərbaycan parlamentinin fəaliyyəti ilə tanış olmalarının əhəmiyyətini vurğulayıb. Sonra Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev parlamentin fəaliyyəti haqqında məlumat verib. O bildirib ki, parlamentin binası hələ sovetlər dönəmində Ulu Öndər Heydər Əliyevi təşəbbüsü ilə tikilərək istifadəyə verilib. Azərbaycan parlamentinin keçdiyi yolun əhəmiyyətindən danışan S.Mirzəyev qeyd edib ki, Milli Məclis 125 deputatdan ibarətdir. S.Mirzəyev deyib ki, 1995-ci ildən indiyə kimi parlament 2000-dən çox qanun və qərar qəbul edib.
Daha sonra YAP Gənclər Birliyinin üzvləri parlamentdə “Heydər Əliyev” xatirə zalı ilə tanış olublar.
Sonra “Azərbaycan parlamentarizm tarixi: dünəni və bu günü” mövzusunda dəyirmi masa öz işinə başlayıb. Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova çıxış edərək bildirib ki, 28 May Respublika Günü tariximizdə mühüm yer tutur. B.Muradova cümhuriyyət irsinin öyrənilməsinin, bundan ibrət dərsi götürməli olduğumuzu deyib. O qeyd edib ki, bu gün biz Azərbaycan Xalq Cümhuriyyəti qurucularını böyük hörmətlə yad edirik və yoxdan bir dövlət yaradan insanları unutmamalıyıq. Cümhuriyyət qurucuları mühacirətdə olduqları dövrdə də Azərbaycanın bir zaman müstəqillik qazanacağına inamlarını itirməyiblər. Bu insanların irsini qorumaqla yanaşı, müasir Azərbaycan dövlətini də qorumalıyıq.
Bundan sonra “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masa keçirilib. Azərbaycanda enerji təhlükəsizliyi mövzusunda çıxış edən Milli Məclisin sədr müavini, parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası haqqında ətraflı məlumat verib. O, Azərbaycanın zəngin neft ehtiyatarına sahib olduğunu deyərək 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışından sonra xalqımız öz təbii sərvətlərinə sahib çıxdı.
YAP Gənclər Birliyinin üzvlərinin iştirakı ilə Milli Məclisdə növbəti dəyirmi masa “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda olub. Milli Məclis sədrinin birinci müavini, parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov münaqişənin yaranma tarixi və səbəbləri haqqında fikirlərini bildirib. Tarixən ermənilərin Azərbaycana qarşı ərazi iddialarının olduğunu deyən Z.Əsgərov söyləyib ki, əslində ermənilər Qafqazın aborigen xalqı deyil, gəlmədirlər. Birinci vitse-spiker qeyd edib ki, ermənilərin Azərbaycana qarşı ərazi iddialarının heç bir əsası yoxdur. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də hüquqi cəhətdən Azərbaycana məxsusdur.
Sonra tədbirdə iştirak edən gənclərin sualları cavablandırılıb.
Tədbirdə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi rəhbəri və partiya fəalları iştirak ediblər.
Məlumat üçün bildirək ki, Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi ilə “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi arasında əməkdaşlıq haqqında memorandum tədbirlər planına əsasən 28 May Respublika Günü ərəfəsində keçirilən bu cür tədbirlər davamlı olacaqdır.

Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.