“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.

“Loqos” və “Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin (PXTM ) birgə təşkilatçılığı ilə Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.
Görüşdə “Loqos” jurnalının baş redaktoru Rəhilə Gülgün, PXTM-nın icraçı direktoru Leyla Kərimova, “Loqos” un Təlim-Tədris şöbəsinin rəhbəri Günel Axundova, Prof.Dr., Türkiyənin məşhur psixiatrı, Konya Gida və Tarım Üniversitesinin psixologiya bölmünün rəhbəri İshak Özkan, xanımı, türk yazarı Ülkü Taşlıova və gənclər iştirak ediblər.
Görüş zamanı qonaq əvvəlcə Mərkəz ilə tanış olub və sonra İshak Özkan hocanın çalışdığı Konya Gida və Tarım Üniversitesinin təqdimatı edilibdir.
Daha sonra Azərbaycanda ilk dəfə olaraq Prof.Dr. İshak Özkan “Ailə dəyərləri”, “Ailənin şəxsiyyətin inkişafındakı rolu”, “Əxlaqi dəyərlərin qorunması”, “Sevgi münasibətləri” və “İnsani keyfiyyətlər” mövzularında seminar veribdir. Seminar zamanı bildirilib ki, ailə dəyərlərinin təbliği, sağlam ailə mühitinin formalaşdırılması milli-mənəvi və dünyəvi dəyərlərin çulğalaşması prosesində həyata keçirilməlidir. Bu gün cəmiyyətimiz layiqli, sosial-mənəvi inkişafını təmin edən, həyat strategiyasını gerçəkləşdirə bilən, fəal, güclü ailələrin formalaşmasında maraqlıdır.
Seminar zamanı gənclərin mövzular üzrə sualları cavablandırılıb.


“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.

“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.

“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.

“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.

“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.

“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.

“Loqos” da Prof.Dr. İshak Özkan ilə görüş keçirilib.

Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.