“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və MOM’s Unionun əməkdaşlığı çərçivəsində Lerik rayonunda xanımlar üçün tədbir keçirildi.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi ilə Azərbaycanın ilk və ən böyük analar birliyi MOM’s Unionun əməkdaşlığı çərçivəsində Lerik rayon Heydər Əliyev Mərkəzində xanımlar üçün tədbir keçirildi.
Tədbiri MOM’s Unionun həmtəssisçiləri Aytac Qəmbərova və Aysel Hüseynova açıq elan ediblər.
Tədbirdə Çıxış edən tanınmış həkim-ginekoloq Dr. Gülnar Məmmədova istənilən yaşda qadın üçün ginekoloji müayinənin əhəmiyyətindən, sonsuzluqdan, ginekoloji xəstəliklər haqqında bir çox mövzulardan danışaraq, xanımların sualları cavablandırıb.
Daha sonra “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Lənkəran filialının uşaq psixoloqu Nuranə Ağazadə uşaqların sağlam mühitdə böyüməsindən, düzgün inkişafından, onlarda yaranan nitq qüsürlarından və buna səbəb olan amillərdən danışıb. Bununla yanaşı valideyinlərə gələcəkdə uşaqlarında hər hansı bir problemin yaranmaması üçün onları vaxtında müayinədən keçirtməklərini tövsiyə edib. ”Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin psixoloqu Fidan Azərqızı isə qadın sağlamlığının psixoloji aspektlərindən söz açaraq, hamiləlik dövrü təkrarlanan düşüklər və yaranan travmalardan bəhs edib.


“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və MOM’s Unionun əməkdaşlığı çərçivəsində Lerik rayonunda xanımlar üçün tədbir keçirildi.

“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi və MOM’s Unionun əməkdaşlığı çərçivəsində Lerik rayonunda xanımlar üçün tədbir keçirildi.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.