“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin Azadlıq filialında yüzə yaxın gənc insanın böyük həvəslə qatıldığı “Şəxsiyyət pozuntuları” mövzusunu əyani şəkildə göstərən Dram terapiyası tədbiri olduqca maraqla qarşılandı. Dram terapiya təlimçiləri “Loqos”un Uşaq bölməsinin baş psixoloqu, klinik psixoloq Anara Quliyeva və psixoloq Müşfiq Baxşəliyevin fərqli şəxsiyyət pozuntularını obrazlara girərək süjetli-rollu şəkildə təqdim etməsi mövzuya tam aydınlıq gətirirdi. Mütəxəssislər gənc iştirakçılara öncə şəxsiyyət pozuntuları haqda bilgi verir, sonra isə həmin şəxsiyyət tipinin əyani obrazını yaradırdılar. Bu, həqiqətən heyranedici və olduqca maraqlı bir təlim idi.