Rövşən Muradov tərəfindən “İmtahan stressinin nəticələri və qarşısını almağın yolları” başlıqlı vebinar keçirilib.

11 iyun 2021-ci il tarixində “YAP” Xaçmaz rayon Təşkilatı Gənclər Birliyi və “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə “Loqos” Xaçmaz filialının psixoloqu Rövşən Muradov tərəfindən “İmtahan stressinin nəticələri və qarşısını almağın yolları” başlıqlı vebinar keçirilib.

Vebinara Azərbaycanın müxtəlif bölgələrində olan psixoloqlar, psixo-pedaqoqlar, müəllimlər, valideynlər, tələbələr və şagirdlər cəlb olunub, stressin psixoloji və fiziki təsiri, stressi azaltma yolları mövzusunda müzakirələr aparılıb.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.