24-09-2019 112
İbrahimova Səmayə İbrahimova Elnazın anası
Mən İbrahimova Səmayə İbrahimova Elnazın anası. “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin kollektivindən çox razı qaldım. Qızım Elnaz onların sayəsində çox irəlilədi. Mən çox sevinirəm ki, bizdə bu cür mərkəz var və daha çox istərdim ki, NMR-da da bu məzkəzdən açılsın. Yenə elə Nərimanov filialında olan kollektivə başda Tərlan xanım və Mehriban xanima təşəkkür edirəm. Uğurlarınız daim olsun. İnşallah növbəti ilə dəvam edəcəyik.
24-09-2019 94
Baxışova Südabə Baxışlı Züleyxanın anası
Mən Baxışlı Züleyxanın anasıyam “Loqos” rəhbərliyinə nə qədər təşəkkür etsəm azdır. Biz “Loqos”a gələndə Züleyxa 6 yaşında idi amma davranışı 3-4 yaş uşaq kimi idi. Tam 8 aydan sonra Züleyxa yaşıdları kimi davranmağa başladı. Buna görə psixoloqunuz İsmayılova Elnurə xanıma və Əsgərova Sevinc xanıma çox minnətdarıq. Dərsləri çox səbrlə Züleyxaya başa salırdılar. İndi nitqində zəiflik var deyə loqoped dərslərinə davam edir. İnşallah bu dərslərimizidə müvəffəqiyyətlə başa çatdırarıq. Bütün kollektivinizə mehriban münasibətə görə təşəkkür edirəm.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.