Övladınızda bu əlamətlərdən hər hansı birini müşahidə edirsinizmi?

İnkişaf geriliyi

Hər bir uşaq müəyyən yaş dövrlərində bilik, bacarıq və vərdişlərə yiyələnməlidir. Öz yaş dövrlərinə uyğun bilik, bacarıq və vərdişlərə sahib olmayan
uşaqlar inkişaf geriliyindən əziyyət çəkirlər. Uşaqlarda inkişaf geriliyi müasir dövrümüzün əsas problemlərindən biridir. Bəzi valideynlər uşaqların inkişaf geriliyini anlamır, anlasalar belə qəbul etməkdə çətinlik çəkirlər. Onlara elə gəlir ki, uşaqlar böyüdükcə lazım olan bilik, bacarıq və vərdişləri qazanacaqlar. Əslində isə bu hal inkişaf geriliyinin daha da dərinləşməsinə səbəb olur.

İnkişaf geriliyi özünü əsasən nitq, əqli, psixomotor və psixi inkişafın ləngiməsində göstərir.

1) Nitq inkişafının ləngiməsi
Uşaq danışmır və ya balaca uşaq kimi danışır. Nitqdə duruxmalar yaşanır, nitq adlandırma və tanıma mərhələsində geri qalır və s.

2) Əqli inkişafın ləngiməsi: Təffəkkürün, yaddaşın, nitqin, diqqətin, emosiyaların, davranışın normal göstəricilərindən geri qalmasıdır. Əqli gerilik (olqofreniya) zehni inkişafın dayanması, baş beynin və mərkəzi sinir sisteminin inkişafının pozulmasıdır.

3) Psixomotor inkişafın geriliyi
Uşaqlarda erkən psixomotor inkişafı, öz yaşıdları ilə müqayisədə özünü daha aydın göstərir. Gec oturur, gec danışır, gec yeriyir. Belə uşağlar qamət pozğunluğu, əyripəncəlik, kəkələmə, enurez, kiçik motor bacarıqları geriliyindən çətinlik çəkirlər

4) Psixi inkişafın ləngiməsi (PİL); Erkən yaş dövrlərində inkişaf etməyə başlayır. Belə uşaqlarda bilik çatışmamazlığı, dar dünya görüşü, ətraf-mühitdə baş verən dəyişiklikləri anlamama, psixi proseslərin lazım qədər
qədər formalaşmaması müşahidə olunur. Ləngimə əsasən məktəbdə özünü biruzə verir. Belə uşaqlar fiziki və psixoloji cəhətdən məktəbə hazır olmurlar.

Əgər övladınızda bu əlamətlərdən hər hansı birini müşahidə edirsinizsə mütəxəssisə müraciət etməyinizi tövsiyə edirik. Problem nə qədər tez aşkarlanarsa bir o qədər tez və effektiv nəticə əldə etmək olar.
Bu narahatlıqlardan əziyyət çəkən uşaqlarla pedaqoq, psixoloq və loqoped favamlı olaraq məşğul olduqda müsbət nəticələr əldaə etmək olar.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.