Borderline Şəxsiyyət Pozuntusu nədir?

Borderline Şəxsiyyət Pozuntusu nədir?

Borderline Şəxsiyyət Pozuntusu şəxsələrin düşüncə tərzində, insanlar haqqında duyğularında və münasibətlərdə problemlərə yol açan narahatlıqdır.
Emosional stabilliyin aradan qalxması ilə formalaşır. Şəxs ya ağın, ya da qaranın mövcud olduğunu düşünür. Boderline şəxsiyyət pozuntusu yaşayan şəxs bu halda başqa hər hansı bir alternativin mövcud olacağını düşünməz, qəbul etməz, buna görə də təlatümlü münasibət yaşayar.


Göstəriciləri:
- İnsanlarla çox tez yaxınlıq qurmaq və ya özündən uzaqlaşacağını düşündüyü insanla əlaqəni kəsmək;
- Ailə, dost və yaxın ətrafına qarşı tez-tez dəyişən sevgi və nifrət kimi duyğu dəyişikliyi;
- Diqqətsiz maşın sürmək, həddindən çox pul xərcləmək, tez-tez yemək yemək və s. kimi zərərli davranışlar;
- Özünə zərər vermək;
- Boşluqda hiss etmək;
- Güvən problemi;

Hansı problemlərə yol aça bilər?
- Depressiya;
- İçki və ya narkotik asılılığı;
- Bipolyar pozuntu;
- Stress;
- Diqqət dağınıqlığı;

Borderline Şəxsiyyət Pozuntusu haqqında sizə maraqlı olan suallara cavab tapmaq və daha ətraflı məlumat əldə etmək üçün bizə müraciət edə bilərsiniz.
050 899 46 48
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.