Niyə özümüzü başqaları ilə müqayisə edirik?

Uşaqlıqda ananızın sizi kimlərləsə müqayisə etməsi ilə bağlı xatirələriniz var?

Ya da yeniyetməlik dövründə özünüzü yaşıdlarınızla müqayisə edib üzərinizdə dəyişikliklər etmisiniz?

Böyük ehtimal, hamımızın zehninin  bir yerlərində belə xatirələr var.
Bəzilərinizin “Sadəcə uşaqlıqda? Mən hələ də özümü başqaları ilə müqayisə edirəm.” dediyini hiss edirəm.

Psixologiyada buna “Sosial müqayisə” deyilir. Sadə bir təcrübə aparaq. Tutaq ki, psixoterapiya prosesi zamanı seansdayıq və mən Sənə “Məktəbdə uğurlu idin?” deyə sual verirəm. Bu zaman sən cümlədəki uğur sözünü akademik uğur kimi qəbul edib özünü digər şagirdlərlə müqayisə edərək uğur səviyyəni müəyyən edəcəksən.

Bəs bu müqayisənin zərərləri var?

Özümüzü bizdən daha yaxşı şərtlərə sahib olan şəxslərlə müqayisə etmək yanlış dəyərləndirmə aparmağımızla nəticələnir və şəxs özünü şanssız, uğursuz, bacarıqsız kimi dəyərləndirir.
Eyni zamanda şəxs özünü daha pis şərtlərə sahib olan şəxslərlə müqayisə etdikdə eqoizm yarana bilər ki, bu da onun gələcək uğurlarına mənfi təsir edir.
 
Sosial müqayisə etməyin 4 səbəbi:

Özünü dəyərləndirmə ehtiyacı
Özümüz haqqında məlumat sahibi olmaq üçün digərləri ilə müqayisə etmə ehtiyacı duyuruq. Məsələn, ağırlığımızın normal olub-olmamadığını bilmək üçün ideal çəkmizin nə qədər olduğunu öyrənməliyik. Bizim üçün bunun ən asan yolu özümüzü digərləri ilə müqayisə edərək nəticəyə gəlməkdir.
 
Özünü inkişaf ehtiyacı
İnsanı insan edən ən önəmli xüsusiyyətlərdən biri də həmişə irəli getmək ehtiyacının olmasıdır. Bu səbəbdən də özümüzün nə qədər irəlilədiyini, hansı yerdə olduğumuzu görmək üçün başqaları ilə müqayisə etmək ehtiyacı duyuruq. Lakin bunu davamlı etməyimiz özümüzü dəyərsiz hiss etməyimizə səbəb ola bilər.
 
Özünü sublimasiya ehtiyacı
Hər nə qədər özümüzü daxili aləmdə tənqid edirmişik kimi görünsə də, hamımızın özümüzü tərif və mükafatlandırmağa ehtiyacımız var. Bu səbəbdən də özümüzü bizdən daha pis vəziyyətdə olan biri ilə müqayisə edərək olduğumuz nöqtəni “yaxşı” deyə ifadə edirik.
 
Başqaları ilə birlikdə olmaq ehtiyacı
İnsan sosial varlıqdır. Özümüzə bənzər insanlarla birlikdə olmaq bizi daha yaxşı və xoşbəxt hiss etdirir. Bu səbəbdən də, bizimlə eyni problemləri yaşayan şəxslərlə müqayisə edib eyni düşüncə və duyğulara sahib insanlarla birlikdə olmaq sosial ehtiyacımızı ödəyir.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.