Alaliya nədir?

Alaliya nitqin fonetik-fonematik, leksik, qrammatik quruluşunun sistemli şəkildə pozulmasıdır.
Alaliya zamanı iş üç mərhələdən ibarət olur;
• Bir hecalı sözlər, frazalar. “Ver”, “Qoy”, “At” və s;
• Cümlələrin quruluşu iki sözdən ibarət olmalı;
• Cümlələr əsas nitq hissələrindən ibarət olmalı;
Alaliyalı uşaqlarda loqopedik işin metodları qüsurun strukturundan, qüsurun dərəcəsindən, verbal və qeyri-verbal nitqin qarşılıqlı əlaqəsindən, kommunikasiyanın xüsusiyyətlərindən və uşağın şəxsi xarakterindən asılıdır.
1 seans 3-5 dəqiqədən başlayıb 20-30 dəqiqəyə kimi aparıla bilər. Adaptasiya dövrü iki həftəyə kimi qədər çəkə bilər. Söz ehtiyatı bir hecalı sözlərlə başlanılıb, mürəkkəb sözlərlə davam edərək artırılır. Uşağın yaşına uyğun olaraq korreksiya işinin oyunlarla aparılması daha məqsədə uyğundur.
Alaliyanın korreksiyası zamanı:
• Oxu vərdişi inkişaf etdirilir;
• Məntiqi nitq formalaşdırılır;
• Nitqin semantik tərəfi korreksiya edilir;

Alaliyalı uşaqların autizmli uşaqlardan fərqi;
• Alaliyalı uşaqlarda ətrafdakı insanlarla ünsiyyətə daxil olma istəyi, ilkin nitqin inkişafdan qalması, sözlərdə kobud heca strukturunun pozulması müşahidə olunur. Davranış pozuntusu olmur.
• Autizm spektr pozuntusu zamanı uşaq ətrafdakı insanlarla kontakta daxil olmur (davranışları ilə büruzə verir), təhrif olunmuş nitqin inkişafı, davranışın kobud pozuntusu müşahidə olunur.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.