Qrup Terapiyası Nədir?

Uşaqlarla qrup terapiyasi

Qrup terapiyası uşaqlarda məntiqi təfəkkürün inkişafina, eyni zamanda ailə içində yaranmış bacı-qardaş qısqanclığı, sosiallaşma problemi, valideyinlərindən ayrı qala bilməmək, qorxmaq kimi problemlərin aradan qaldırılmasına böyük kömək göstərir.

QRUP TERAPİYASININ FAYDALARI:

• Özünə inamın artırılması;
• Doğru ünsiyyət qurma vərdişləri qazandırılması;
• Cəmiyyətə adaptasiyanın təmin edilməsi;
• Diqqət və konsentrasiyanın üst səviyyəyə qaldırılması;
• İş nizamı və motivasiyasının artırılması;
• Məğlub olmağı öyrənmək və sağlam qalibiyyətin formalaşdırılması;
• Məktəbdə verilən tapşırıqların daha yaxşı mənimsənilməsi;

Qrup terapiyası psixoloji terapiyanın bir növüdür. Uşağın həm fərdi konsultasiyada, həm də qrup terapiyasında iştirak etməsi çox faydalıdır. Fərdi konsultasiyadan fərqli olaraq qrup terapiyasında oxşar problemli və ya bir-birinə təkan verəcək uşaqlar seçilir. Qrup tərkibində uşaqların psixoloji ve mənəvi ehtiyacları nəzərə alınaraq problemin həllinə yönəlmiş terapiya formalarından istifade edilir. Uşaq qrup terapiyada öyrəndiklərini fərdi seansda təkmilləşdirir, eyni zamanda fərdi seansda inkişaf etdirdiyi bacarıqlarını qrup terapiyasında həmyaşıdlarının yanında praktika edir. Uşaqlar qrup terapiyası nəticəsində dialoq qurmağı öyrənirlər.

Qeydiyyatdan keç
Təlimə qoşulmaq və mövcud suallarınızın cavablandırılması üçün biz sizinlə əlaqə saxlayacağıq

Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.