Körpəm barmaqlarının ucunda gəzir...

Son zamanlar uşaqlar arasında pəncə, barmaq uclarında gəzmələr artıb. Bu bəzən müəyyən yaşdan sonra düzəlsə də, bəzi hallarda uşaqlarda vərdiş halına çevrilir. Görəsən, bunun səbəbi nədir? Tədqiqatlara görə, dünya üzrə uşaqlarda qeydə alınan travmaların 80-90 faizi “gəzdirici”lərdən qaynaqlanır: “Təzə-təzə yeriməyə başlayan uşaqlarda bu funksional hal xəstəlik, qüsur kimi xarakterizə edilmir. Lakin bəzən bunun səbəbi valideynlərin uşaqları vaxtından erkən “gəzdirici”lərə qoyması olur. Uşaqların ayaqları tam olaraq yerə çatmadığından barmaq uclarında hərəkət edirlər, bu da onlarda vərdiş formasına çevrilir. Təbii ki, bu ziyandır. Körpə uşaqların barmaq uclarında gəzməsi ilə “gəzdirici”yə qoyulan uşaqlarda yaranan problem arasında fərq var. Birinci məqam funksional olaraq müəyyən yaşdan sonra keçir, ikinci isə vərdiş formasında qala bilər. Məsləhətdir ki, uşaqları 10 ayından tez “gəzdirici”yə qoymasınlar. Dünya üzrə uşaqlarda qeydə alınan travmaların 80-90 faizi məhz “gəzdirici”lər səbəbindən olur”. Uşaq niyə belə edir? Bu hər hansı xəstəlikdir? - analar yorulmadan bu sualları bir-birinə, qohumlara, tanışlara verir. Nəticədə ana stress vəziyyətinə düşür, uşağa "düzgün" yeriməyi öyrətməyə çalışır, həkimləri gəzir və s. Həkimlər belə hesab edirlər ki, yeriməyə başladıqda vaxtaşırı olaraq barmaqların ucunda yerimək, demək olar ki8, bütün uşaqlar üçün xasdır və təbiidir. Belə hesab olunur ki, uşaq bu üsulla dünyanı dərk etməyə çalışır, daha böyük və hündür olmaq istəyir, bəzi hallarda özünü kimə isə oxşatmağa çalışır (hündürdaban ayaqqabıda gəzən anaya, balet iştirakçılarına və s.).

Müasir uşaqların bir çox hissəsi "xodunki"də yeriməyə öyrənir. Bir çox hallarda məhz "xodunki" uşaqda bu vərdişi formalaşdırır - uşağın ayaqları yerə dəymir və uşaq məcburən barmaqların ucunda gəzməli olur. Nəticədə belə vərdiş formalaşır.

Beləliklə, sağlam və normal (yaşına uyğun) inkişaf edən uşaqlarda 3 yaşına kimi vaxtaşırı olaraq (daim yox!) barmaqların ucunda yeriməsi heç bir pozulmanın simptomu sayılmır və buna görə narahat olmağa dəyməz.Ən sərt baş barmaq isə yeriyərkən və qaçarkən effektiv itələmə gücü verir.
Pediatrlar onu da əlavə ediblər ki, valideynər uşaqlarda pəncənin formalaşma dövründə diqqətli olmalıdırlar: “Uşaqlarda ilk üç yaş pəncənin formalaşma dövrü sayılır. Bəzən dəb, gözəl görünüş üçün valideynlər uşaqlara sərt, bəzəkli ayaqqabılar geyindirməkllə, səhvə yol verirlər. Biz həmin dövrdə uşaqlara yalnız yumşaq ayaqqabıların geyindirilməsini tövsiyə edirik. Sərt ayaqqabılar uşağın pəncəsini sıxır və normal formalaşmasına mane olur. Bundan başqa, valideynlər 6-7 aylıq uşaqları ya əllərindən tutub gəzdirirlər, ya da “gəzdirici”yə qoyurlar. Bu zaman bədənin bütün ağırlığı ayaqların üzərinə düşür. Uşaqları vaxtından əvvəl yeritmək ayaqlarında əyriliyin yaranmasına gətirib çıxarır. Hər bir uşaq fərqlidir. Normal uşağın ən gec 1 yaş 5 ayına qədər yeriməsi normal hesab edilir. Mütəxəsislər uşaqların ilk 3-4 aylıq olanda çanaq müayinəsinə gətirilməsinin vacibliyini vurğulayıblar: Normalda bir çox uşaq yeriməyə başlayanda ayaqlarında x-vari, ovalvari əyriliklər müşahidə edilir. Lakin bu raxitlik və müxtəlif ortopedik problemlərdən fərqlənir. Bəzən bu əyrilik zamanla düzəlir. Amma bir qayda olaraq valideynlər uşaqları ilk 3-4 ayda çanaq müayinəsinə aparmalıdır.

Əgər uşaqda anadangəlmə çıxıq varsa, bunu erkən vaxtda müalicə ilə aradan qaldırmaq olur. Əks halda bu problem özünü axsaqlıq və hər hansı bir oynaq problemi ilə büruzə verəcək. Problemin gec aşkarlanması isə uşaqları cərrahi əməliyyatlara qədər aparıb çıxara bilər.
Adətən uşaqların 12-18 aylıq olduqlarında yeriməyə başladıqlarını bilirik. Xalq arasında uşaqların yıxıla-dura deyilən dizlərini büküb, ayaqlarını yüngülcə içəri döndürüb qısa addımlarla səndələyərək yeriməsi normal sayılır. Çünki vestibulyar aparat uşaqlarda hələ o dövrdə tam formalaşmr. Bu tipdə yeriyərək uşaq öz tarazlığını saxlayır. Ailələr bu dövrdə uşaqlarının səndələyərək yeriməsindən narahat olub həkimə müraciət edə bilərlər. Qeyd etmək lazımdır ki, bu narahatlığa heç bir əsas yoxdur, çünki bu proses uşağın fərdi fizioloji inkişafının bir hissəsidir.
Amma uşaqlar barmaq uclarında yeriyirlərsə, bu hər hansısa bir xəstəliyin göstəricisi ola bilər. Buna görə belə bir hal ilə qarşılaşdıqda mütləq həkimə müraciət etmək lazımdır. Barmaq ucunda yerimək bir çox xəstəliyin əlaməti ola bilər. Bunlar: doğuş zamanı yaranan axilles tendonu, doğuş zamanı yaranan qısa topuq, baldır əzələ tonusun çox və ya aşağı olması ən çox yayılmış problemlərdəndir. Əgər barmaq uclarında yerimənin səbəbi bunlardan heç biri deyilsə səbəb autizm olaraq qəbul edilir. Uşaq inkişafının 2.5-3 yaşından sonra barmaq ucunda yeriməyə davam edirsə, narahat olmaq lazımdır. Bəs biz bunu necə dəyərləndirik? İlk öncə onu qeyd etmək istərdim ki, birinci olaraq uşaq fiziki müayinə olunur. Çünki bəzən uşaqlar sadəcə vərdiş olaraq barmaq uclarında yeriyir. Bu da uşaqlarda tonus artışı, patolojik refleks və dərin tendoniya kimi problemlərə gətirib çıxarır.

Əgər vərdişlə bağlı barmaq ucunda yerimədirsə, bu zaman müalicəvi idman və məşqlər vasitəsilə müalicə edilir. Bunun üçün ayaq biləyini yuxarı çəkən və ayaq biləyinin əzələlərini gücləndirən məşqlər edilir. Amma vərdişə bağlı deyilsə, bu o deməkdir ki, hər hanısa bir xəstəlikdən qaynaqlanır. Bu problemi tapıb erkən müdaxilə etmək vacibdir. Bütün xəstəliklərdə olduğu kimi burada da erkən diaqnoz və müdaxilə çox vacibdir.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.