Uşaqlarda süfrə mədəniyyəti!

Əziz valideynlər, bildiyimiz kimi uşaqlara süfrə mədəniyyəti körpə yaşlardan aşılanmalı və onlar qaydaları öyrənərək bunlara vərdiş etməlidirlər.

Su və sabunla yuyarkən əlimiz mikroblardan təmizlənər. Mikrobların qidalarla birlikdə ağzımızdan bədənimizə keçməsinin qarşısı alınır. Buna görə yeməkdən əvvəl və sonra əllərin yuyulması mütləqdir.

Yemək süfrəsində öskürərkən və ya asqırarkən salfetlə ağzı örtmək, arxaya və ya yan tərəfə çevrilmək lazımdır.

Ortaya qoyulan yeməkləri öz qabımızdan yeməli, başqasının yeməyindən istifadə etməməliyik.

Hər kəsin süfrədə boşqab, çəngəl, bıçaq, qaşıq və stəkanı ayrı olmalıdır. Heç kəs digər şəxsin qabından, çəngəl-bıçağından istifadə etməməlidir.

Yataraq və uzanaraq yemək olmaz. Yataraq yemək sağlamlığa zidd davranışdır.

Yemək düşkünü olmamalıyıq, yeməklər arasında seçim edib onu yeyim, bunu yeyim deyə düşünmək düzgün deyil. Sağlam qidalanmanı hər növ qidadan az da olsa yeməklə formalaşır.

Boşqabımıza yeyə bildiyimiz qədər yemək qoymalıyıq. Boşqabda yemək saxlamaq israfçılıqdır.

Yeməkdən sonra anamıza, süfrəni açan şəxsə təşəkkür etməyi unutmamalıyıq. Qonaqlıqda yediyimiz yeməklərə görə ev sahibinə təşəkkür etməliyik.

Əziz valideynlər, bəs Sizin övladınız süfrə mədəniyyətinə riayət edir? Neçə yaşından etibarən formalaşdırmağa başladınız bu yanaşmaları?

Uşaq inkişafı və tərbiyəsi ilə bağlı hansı suallar Sizi maraqlandırırsa şərh bölməsində qeyd edə bilərsiniz.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.