Valideynlər tərəfindən oxunan nağıl və hekayələrin bir çox müsbət təsiri olduğu psixoloq və psixiatrlar tərəfindən şübhəsiz qəbul edilir. Məktəbəqədər dövrdə kitab oxuyan uşaqların oxuma- dinləmə bacarıqları, dil inkişafı daha sürətli olur və bu uşaqlar yaşıdlarına nisbətən oxuma- yazmada daha uğurlu nəticələr göstərirlər.
Yaxşı bir kitab uşağın diqqətini cəlb edəcək, onu bəzi tənbəl vərdişlərdən və inkişaf etməmiş düşüncə tərzlərindən azad edəcəkdir.
Kitabın məzmunu uşağın inkişaf etməkdə olan anlayışına uyğun olmalı və onu doğru idealara yönəltməlidir. Kitablar xarici aləmi öyrənmək və uşağın üfüqünü genişləndirmək üçün bir yoldur. Yaxşı vərdişlər kitab vasitəsilə uşağa aşılana bilər. Uşaq kitab vasitəsilə öz problemlərini və daxili münaqişələrini necə həll edəcəyini də öyrənir. Hekayələr də mənəvi inkişafa böyük töhfə verir. Uşaq görür ki, bəzi problemlər yalnız özününkü deyil.
Kitab oxuyarkən diqqət etməli olduğunuz məqamlar:
Hekayə yavaş və emosional oxunmalıdır.
Oxunan hekayə ilə təcrübələr arasında bir əlaqə yaradılmalıdır.
Böyük uşaqlarla kitab oxunduqdan sonra müzakirə edilməli, nağıl və ya hekayədən xoşu gəlib-gəlmədiyi müəyyənləşdirilməlidir.
Uşağa oxumağın, kitabların əyləncəli və zövq verici olduğu hissi verilməlidir.
Əvvəllər oxunmuş bir hekayə yenidən oxunursa, səhifə oxunmadan əvvəl ağlında qalanları izah etmək üçün dəstək verilməlidir.
Uşaq həm oxuyanda, həm də dinləyəndə təriflənməli və dəstəklənməlidir.
Bəs Siz övladlarınızla kitab oxuyursunuz? Daha çox hansı hekayalərə maraq göstərir?