Qadın-kişi mübahisələrində yol göstərici 10 məsləhət!

Cütlüklər ayrılma ya da boşanma ərəfəsinə gəlmədən, aşağıdakı məsləhətlərə diqqət yetirərək münasibəti xilas edə bilərlər:

1. Qadın və kişi fərqlidir: Qadın və kişi eyni deyildir. Fərqlidir. Əgər cütlüklər bunu qəbul etsə, çox daha xoşbəxt, hüzurlu, maraqlı, təminedici və uzun müddət bir-birləri ilə yaşama fürsəti əldə edərlər.
 
2. Mübahisəyə “ara” verin: Bəzən problemi həll etmə yollarından biri mübahisənin başlayacağını hiss edib biraz ara vermək, daha sağlam düşüncə və anlayışla yenidən bir araya gəlməkdir. Buna görə də mübahisənin qızışmaması üçün kişi mütləq “Tualetə getməliyəm” cümləsini istifadə etməlidir. Beləliklə qadın bir neçə dəqiqə tək qalacaq və sakitləşəcəkdir.
 
3. Tək bir şeyə fokuslanın: Qadın “Kişilər niyə iki şeyi eyni anda edə bilmir?” sualını daima özünə verirsə, yolunda getməyən şeylər var deməkdir. Kişilər qadınlardan fərqli olaraq bir neçə mövzuya eyni anda diqqətlərini verə bilmirlər. Bu səbəblə qadın şikayət etmək əvəzinə, daha az sözdən istifadə etməli və eyni anda bir neçə mövzudan danışmamalıdır.
 
4. Unutmayın ki, hər kəs hər şeyi unuda bilər: Qadın yaddaşı kişi yaddaşından daha güclüdür  və “unutmaq” kişinin təbiətində var. Buna görə də qadın bunu şəxsi olaraq qəbul etməməli və məsələləri bir neçə dəfə xatırlatmalıdır.

5. Qənaət rejimli kişilər: Kişi eyni anda bir neçə şeylə birdən məşğul ola bilmədiyi üçün iş görərkən, oyun oynayarkən, TV izləyərkən və ya yemək yeyərkən, cavab versə belə anlamaqda çətinlik çəkə bilir.
 
6. Sakitləşmə strategiyası yaradın: Mübahisə vəziyyətində təzyiqin azalması üçün hər kəs onu nəyin sakitləşdirdiyini qarşı tərəfə bildirməlidir. Beləliklə, mübahisə ərəfəsində bu üsullar (bir stəkan su gətirmək, gülümsəmək, qucaqlamaq, “Səni Sevirəm” demək, əlini tutmaq, şokolad vermək, gözlərinin içinə baxmaq) mübahisənin alovlanmasına əngəl ola bilər.
 
7. Heçvaxt, “heç vaxt” deməyin: Cütlüklər istək, arzu və gözləntilərini daha yumşaq bir şəkildə, qaydalar qoymadan açıqlaya bilməlidir. Bu səbəblə inadlaşmaqdansa həll yolu tapmaq ikili münasibətlər üçün yaxşı bir başlanğıcdır.
 
8. Əyləncəli dillə danışın: Bir saniyədə deyilən söz ya da cümləyə görə cütlüyün gün boyunca özünü pis hiss etməsi axmaqcadır. Hansı hadisələr mübahislərə səbəb ola bilər? Dağınıq yataq, yerə atılmış yaş dəsmal, bir cüt corab, kirli stəkan... Kiçik nüanslara ilişib, kobud dillə danışmaqdansa, əyləncəli səs tonu ilə günü xilas etmək ən yaxşı üsuldur.
 
9. “Haqlı” yox “Xoşbəxt” olmağı seçin: Hər insanın davranışlarında qüsurlar ola bilər. Haqlı çıxmaq sizə özünüzü anlıq xoşbəxt hiss etmək və isbatlamaqdan başqa heçnə verməyəcək. Bunun yerinə hər mübahisənin əvvəlində, seçim etdiyiniz xoşbəxtliyi xatırlamalı və ona görə hərəkət etməlisiniz.
 
10. Nə üçün mübahisə etdiyinizi anlayın: Eyni şeyləri müdafiə edərək, eyni mövzular üstündə tez-tez mübahisə edirsinizsə altında yatan səbəbi anlamağınız şərtdir.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.