Psixoloji test!

Sizin üçün maraqlı psixoloji testi təqdim edirik.
Test sayəsində öz xasiyyətinizin güclü və zəif tərəflərini müəyyən edə biləcəksiniz.

Şəkilə baxdıqda ilk olaraq nə görürsünüz?

Üz (Salvador Dali)- Ən çətin zamanlarda belə sarsılmadan ayaqda durur, obyektiv münasibətinizi qoruya bilirsiniz.
Böhran dövründə insanların çoxu psixoloji və zehni sarsıntı keçirsə də, siz onlardan fərqli olaraq öz sakitliyinizi idarə edirsiniz. Yaşananlardan özünüzü uzaqlaşdırıb duyğularla yox, məntiqlə qərar alırsınız. Bu səbəblə dostlarınız qərar anlarında Sizin yanınızda olmaq istəyirlər.

Masa- Digər insanlarla müqayisədə anlama və dinləmədə daha üstünsünüz. Ünsiyyət qabiliyyətiniz o qədər güclüdür ki, içinə qapanıq insanlar belə özlərini Sizə açmaqdan çəkinməzlər. Psixoloq olmasanız belə insanlar problemlərini danışmaq üçün Sizin yanınıza gələ bilər. Özünüzü bu mövzuda inkişaf etdirə və gələcək karyeranızı bu istiqamətdə davam etdirə bilərsəniz.

Qadın- Düşüncə və bacarıq ən böyük gücünüzdür. Sizi maraqlandıran mövzular haqqında daha çox məlumat əldə etməyə və fəaliyyət göstərdiyiniz sahədə peşəkar olmağa çalışırsınız. Bu sizə iş həyatında uğur qazandırsa da, yaxın insanların həyatlarına ayıracaq vaxtınız olmadığına görə şəxsi həyatınıza mənfi təsir edir.

Kreslo- Bəzən xırda bir toxunuş bütün problemləri həll etməyinizə yetərlidir. Sizin varlığınız yaxınlarınız üçün böyük sevincdir, çünki onları xoşbəxt etmək üçün bütün fədakarlığa hazırsınız. Məqsədlərinizdən çox tez üz döndərirsiniz, maraqlarınız sürətlə dəyişir və bu da uğura gedən yolda Sizə mane olur.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.