Xəyanət deyil, amma qəbullanmaq olmur!

Xəyanət deyil, amma yenə də qəbullanmaq çox ağırdır...
“O onunla bütün sirrini bölüşür, məsləhətlər alır, hətta mənim bilmədiklərimi ilk o öyrənir. Amma aralarında heç bir sevgi münasibətinin olmadığını bilirəm, sadəcə iş yoldaşıdır və çox yaxındırlar...”

Bəzən sevgi münasibəti ilə yanaşı, sevdiyimiz insanın başqa biriylə emosional kontaktı bizi çox incidir. Onun həmin insanla sirr bölüşməsi, duyğuları haqqında danışması, bizim ikinci planda olduğumuzu hiss etdirir. Bu duyğu xəyanətlə eyni ağrını yaşadır.
Və nəticə etibarı ilə, kənarda yaşanan emosional bağlanma bizim ailə münasibətimizə təsir göstərərək, münaqişələrə yol açır. Hətta beynimizdə şübhələr yaradaraq, qarşı tərəfi də təzyiq altına almağımıza səbəb olur.

Belə halda sizə bunları məsləhət görə bilərəm:

- İlk olaraq məsələni özünüzlə həll edin. Sevdiyiniz insanın başqasıyla emosional kontakt qurması sizi hansı səbəblərdən narahat edir? Onu itirməkmi sizi qorxudur, yoxsa siz özünüzü qane edəcək diqqət və sevgini ala bilmirsiniz?

- Münasibətiniz mütamadi davam edən münaqişə halına çevrilməyibsə, qarşı tərəflə danışmağa cəhd göstərin. Onun həyatında sizdən başqa insan və münasibətlərin olması normaldır, lakin duyğusal yaxınlıq əlaqələrinin sizi narahat etdiyini və hətta mənəvi incitdiyini izah edin.

- Əgər beyninizdə “Bəlkə də sevgi münasibətləri də var, mənə xəyanət edir” kimi şübhələr yaranmağa başlayırsa, “Bizim münasibətimiz davam edir, bu mənin üçün çox vacibdir, əgər mən ona lazımlı və dəyərli olmasaydım, ayrılardı. Sadəcə onunla daha çox maraqlanmalı, diqqət ayırmalı, dost olmalı və münasibətimizi daha da yaxşılaşdırmağa çalışmalıyam...” deyərək özünüzü sakitləşdirib addım atmalısınız.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.