Övladlar arası qısqanclığa hansı problemlər səbəb olur?

Uşaqlar arası yaranan qısqanclığın səbəbləri nələrdir?

Bacı və qardaş arasında qısqanclıq çox vaxt kiçik, nadirən isə yetişkin yaşlarda görünən psixoloji vəziyyətdir. Bu qısqanclığın yaranmasına təsir edən ən önəmli faktorlardan biri isə yanlış valideyn yanaşması olur.
Təkcə yeni uşağın gəlməsi yox, eyni zamanda ananın hamiləliyi də narahatlığa səbəb ola bilər. Ananın hamiləliyini anlamayan uşaq “Görəsən, anama pis bir şeylərmi olur?” düşüncəsi ilə təşviş qapılır.

Bəs valideyn olaraq bu narahatlıqların qarşısını almaq üçün nə edə bilərsiniz?
Yeni uşağın gəlməsi ərəfəsində, vəziyyətə alışması üçün evdəki uşağı bağçaya qoymaq yerinə özünüzə daha yaxın tutmağa çalışın. Əksi-təqdirdə “Mən başa düşdüm. Qardaşım/ bacım olacaq deyə məni bağçaya qoyursunuz” ifadəsi ilə qarşılaşa bilərsiniz.

Yeni uşağın gəlişinə hazırlıq:
1. Ana bətnindəki uşaqdan danışmayın (1-7 yaş arası uşaqlar bunu anlamırlar);
2. Hamiləlik ilə əlaqəli olsun ya da olmasın sağlamlıq problemlərini gizlədin;
3. Doğumla bağlı narahatlıqlarınızı gizli saxlayın;
4. Doğum və sonrasındakı hadisələrə şahid olmasına icazə verməyin;

Yeni uşağın böyük uşaq tərəfindən qəbulunu rahatlaşdırmaq:
1. Yeni uşağa toxunmağına icazə verin;
2. Yeni uşağa toxunduğunuz hər an ona da toxunun;
3. Uşaqlar və ana eyni otaqda yatsınlar;
4. Digərinin eşitmədiyi anlarda ona mütləq ən çox onu sevdiyini deyin;
5. Böyük uşaq məktəbdə olarkən anaya, uşağa və evə heç bir zərər gəlməyəcəyini ona izah edin;

Bəzən yeni uşaq gəldikdən sonra valideynlər uşaq otaqlarını ayırmağa çalışırlar. Lakin yeni otağın hazırlanması ərəfəsində xoşbəxt görünməkləri belə kiçik uşağa pis təsir edir, hətta bəzən bunu ana və yeni uşağın bir otaqda yatmağı üçün hazırlanmış tələ olduğunu düşünür.
Uşaqlarınızı sevdiyinizi tez-tez dilə gətirin. Hətta digərinin eşitmədiyi vaxtda onlardan birinə “Ən çox səni sevirəm” deməkdən çəkinməyin.
Hər bir uşaq anası üçün tək və əvəzsiz olduğunu hiss etmək istəyir.

Əlaqə nömrəsi: +99450 899 46 48
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.