Nitqin inkişafını ləngidən nədir?
Nitq inkişafının ləngiməsi(NİL) diaqnozu uşağa kifayət qədər erkən yaşda qoyula bilər. Mütəxəssislərin və valideynlərin köməyi ilə 3 yaşına çatmamış körpənin nitqini korreksiya etmək daha asandır. Ancaq 5 yaşlı bir uşaq üçün bu daha uzun müddətli və mürəkkəb prosesdir.
Nitq ləngiməsini bildirən əlamətlər hansılardır?
Kifayət qədər aşağı səs aktivliyi və ya tam səssizlik heç də təsadüfi deyil və normal hal sayıla bilməz. Yaşyarımında uşaq eşitdiyi sözləri təkrarlamağa cəhd göstərmirsə, 2 yaşında uşağın lüğətində müstəqil sözlər yoxdursa, 2,5-3 yaşadak uşaq sözləri sadə şəkildə birləşdirə bilmirsə, 3 yaşda müstəqil nitq alınmırsa, bunlar artıq nitqin inkişafındakı ləngimənin açıq əlamətləri sayıla bilər.
Nitqin inkişafında ləngimənin səbəbləri çoxdur:
✅ Danışma çətinliyinə səbəb olan eşitmədə qüsur, genetika faktoru;
✅ Sosial və pedaqoji amillər;
✅ Uşaqda minimal serebral disfunksiya. Disfunksiya perinatal dövrdə uşağın beyin zədələnməsi nəticəsində yarana bilər.
Əgər Sizin də övladınızda nitq ləngiməsinin əlamətləri varsa, yaxud hər hansı bir nitq qüsurdan əziyyət çəkirsə, “Loqos”-un istənilən filialına müraciət edərək, peşəkar mütəxəssislərin tətbiq etdiyi terapiya vasitəsi ilə problemi aradan qaldıra bilərsiniz.
Unutmayın ki, erkən müdaxilə və düzgün korreksiya metodu sağlam gələcək üçün ən vacib amillərdir!
[b]