
Həmişə olduğu kimi son aylarda imtahana hazırlıq üçün keçirilən sınaqlar psixoloji olaraq abituriyentlərə müsbət və ya mənfi istiqamətdə təsir edə bilər. Təbii ki, sınaqlarda yüksək bal toplayan abituriyentin özünə inamı, motivasiyası daha yuxarı olur. Bunun əksinə az bal toplayan abituriyent isə bir o qədər məyusluq keçirir. Lakin abituriyent bunun sınaq olduğunu, ən son nəticənin imtahanda müəyyənləşəcəyini unutmamalı, özünəinamını və motivasiyasını yüksək tutmalıdır.
Bəzən valideynlər “imtahana 1-2 ay qalıb, sən hələ də sınaqlarda yüksək nəticə göstərməmisən”; “bu gedişlə sən heç nə əldə edə bilməyəcəksən”; “filankəsin uşağı yenə 500 balı keçdi, amma sən yenə də aşağı bal yığdın” və.s kimi cümlələrlə uşağı qınaya, onu pərt edə bilər. Bu isə psixoloji təsir göstərərək, abituriyentin imtahana fokuslanmağına mane olur, motivasiyadan salır, təşviş və həyəcan pozuntusana qədər gətirib çıxara bilir.
Onu da qeyd edək ki,imtahan öncəsi göstərilən psixoloji dəstək abituriyentlərin həyəcanlarını idarə etmələrinə kömək olur, yaddaş texnikasını və diqqəti gücləndirərək yüksək nəticə toplamaqlarına səbəb olur. Bildiyimiz kimi duyğularımız düşüncələrimiz əsasında formalaşır. Ən güclü abitureyntin belə imtahana qarşı düşüncəsi dəyişməzsə imtahanda istədiyi performansı göstərməsi çətin olacaq.
Əziz valideynlər! Siz də “Loqos”un istənilən filialına müraciət edərək abituriyentlər üçün nəzərdə tutulan “İmtahan həyəcanın korreksiyası və abituriyentlərin psixoloji hazırlığı” proqramından yararlanaraq, övladınızın parlaq gələcəyin təmin edə bilərsiniz! Unutmayın ki, psixoterapiya dəstəyi ilə bir çox problemləri aradan qaldrımaq və uğur əldə etmək mümkündür!
050 899 46 48