Uşağınızın hiperaktiv olduğundan şübhələnirsinizsə, testdən yararlana bilərsiniz

Uşağınızın hiperaktiv olduğundan şübhələnirsinizsə, testdən yararlana bilərsinizUşağınızın hiperaktiv olduğundan şübhələnirsiniz? O zaman “Loqos”un uşaq şöbəsinin baş psixoloqu Anara Quliyevanın Sizin üçün hazırladığı hiperaktivlik testindən yararlana bilərsiniz.
Çox vaxt əlini, ayağını durmadan hərəkət etdirir, oturduğu yerdə qıvrılır.
Çox vaxt oturması tələb olunan yerdə ayağa qalxır.
Çox vaxt qeyri-münasib mühitlərdə bir yerdə durmur, qaçır və ya harasa dırmaşır.
Çox vaxt sakit oyun oynaya, yaxud istirahət edə bilmir.
Tez-tez hərəkət halındadır, sanki “Motorla idarə olunur”.
Çox vaxt həddən artıq danışır.
Çox vaxt sual tamamlanmamış cavabı səsləndirməyə çalışır.
Çox vaxt növbə gözləməkdə çətinlik çəkir.
Tez-tez başqalarına müdaxilə edir. İcazə almadan başqalarının əşyalarına toxunur və istifadə edə bilir.
Əziz valideynlər, qeyd edilən əlamətlərdən neçəsi və hansılar övladınızda ən az 6 ay davam edirsə şərh bölümündə bildirin, cavablandıraq.
Onu da nəzərinizə çatdıraq ki, bu həftə boyunca Mərkəzin uşaq şöbəsinin baş psixoloqu, klinik psixoloq Anara Quliyeva tərəfindən aparılan ilkin psixoloji müayinələr 50 % endirimlə həyata keçiriləcək.
Ətraflı məlumat və qəbul üçün 050 580 46 48, 012 563 57 08.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.