Qəlbimizlə seçim edək yoxsa beynimizlə?

Qəlbimizlə seçim edək yoxsa beynimizlə?“Mən sevəndə beynimlə düşünə bilmirəm...”
Bu ifadə çoxlarına tanış gələ bilər, lakin insanlar xoşbəxt ailə qurmaq üçün 2 qrupa bölünür: “Yalnız beyinlə seçim edib, məntiqlə hərəkət edənlər”, yaxud isə “Sevgi ilə seçim edib, hər bir problemi hisslərlə aşa biləcəklərini düşünənlər”.
Gəlin 2 məqamada nəzər yetirək.
Sevgisiz məntiq evliliyi:
Bütün parametrlər sizi qane edə bilər, hər şey planlıdığınız kimi gedir, lakin bir müddətdən sonra emosiya, duyğu və hisslərin olmaması sizi monoton həyat tərzindən bezdirəcək. Bu isə xəyanətə, boşanmaya, ailədaxili aqressiyanın yaranmasına səbəb olacaq. Çünki sevgisiz tərəflər qısa bir zaman sonra bir-birilərinin eyiblərinə göz yuma bilmir, aqressivləşir və kənarda sevgi axtarmağa başlayırlar.
Heç bir məntiqli uyğunluq olmadan edilən sevgi evliliyi:
“Sevgi olan yerdə soğan-çörəyə də razıyam... Evimiz olmasa da olar, əsas odur ki, bərabər olaq... Xarakterlərimiz uyğun olmasa da, çox yaraşıqlıdır və məni sevir...” bu kimi cümlələrlə özlərində inam yaradaraq evlilik həyatına addım atan tərəflər, bir müddət sonra istədiklərini əldə edə bilmir, zamanla hər şeyin qaydaya düşəcəyinə inanır, lakin heç bir nəticə əldə etmir, məişət problemləri səbəbi ilə mütamadi ailə konfliktləri yaşayır və evlilikdən bezirlər. Necə deyərlər sevgidən nifrətə gedən yoldan keçirlər...
Bəs yaxşı hansı nəticəyə gələ bilərik?
Sağlam və düzgün evlilik üçün hər birinin olması arzuolunandır. Çünki məntiqlə etdiyimiz seçim bizim ailə problemlərimizi aradan qaldırmağa, sevgi isə güc və ailə bağlarının möhkəmləndirilməsi üçün lazımdır.
Uğurlu seçim üçün lazımlı yerdə hər ikisindən istifadə etməyi bacarmalıyıq...
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.