
Bu narahatlıqdan əziyyət çəkən insanlar bunun psixoloji bir problem olduğunun fərqində olmur və çox nadir hallarda psixoloqa müraciət edərlər.
Daha çox plastik cərrahiyyə və dermatoloji klinikalarda həll axtararlar. Bir əməliyyat ilə düzəlməyə böyük ümid bağlayarlar,amma qüsur bədəndə deyil beyin kimyasallarındadır. Böyük həvəslə gözlədikləri əməliyyatdan sonra ya düzəlmədiyini, eyni qüsurun davam etdiyini düşünər, ya da bu dəfə daha başqa bir qüsur tapıb onunla məşğul olarlar.
Bu problemlə paralel aşağı özgüvən, utanma və rədd edilmə qorxuları da var olur. Sanki hər kəs onların bu qüsurunu görür, bununla maraqlanır kimi davranırlar. Obsessiv şəkildə bu qüsuru saç lentləri,saçı uzatma,eynəklər, tonlaşdırıcı kremlər,bol geyimlər ilə gizlətməyə çalışırlar.
Ətrafınızda bu narahatlıqdan əziyyət çəkən insanlar gördükdə, onları mütəxəssis dəstəyi almağa yönləndirməyiniz məsləhətdir. Psixoterapiya vasitəsi problemin səbəbi aşkarlana və korreksiya oluna bilər.