
Niyə biz düşünməliyik ki, evdə yemək bişirmək və uşaqlara baxmaq xanımın vəzifəsidir. Çalışmaq, pul qazanmaq isə kişilərin. Bu səbəbdən də təşəkkür etmək lazım deyil, onlar öz vəzifələrini icra edirlər...
Axı ailədə vəzifə deyilən heç nə yoxdur, xoşbəxt olmaq və istədiklərimizi əldə edə bilməyimiz üçün hər birimiz eyni çalışmalıyıq. Qarşı tərəfi təşəkkürümüzlə dəyərləndirməli, onun bizə görə etdiklərini qiymətləndirməli və heç vaxt unutmamalıyıq.
Belə olduğu halda o bizə daha çox bağlanır, dəyər verdiyimizi hiss edir, bizə qarşılıqlı dəyər verir, daha çox sevir və sevilir. Ən xırda şeylərə görə də təşəkkür etməyi bacarmalıyıq.
İnsanların etdiklərinə, duyğularına, sözlərinə, bizə ayırdıqları zamana dəyər verməliyik..