
Qısa müddət sonra isə bu enerji təkrar bitir və biz heç nə etmədən həyatımıza davam edirik. Bu cür enerji dəyişikliyi insanı çox yorur və özünə qarşı aqressivləşdirir.
Ümumiyyətlə insan 4 enerji növü ilə güc toplayır.
İdmanla məşğul olanda, düzgün qidalananda, yuxu rejimimiz pozulmayanda, təmiz havada gəzəndə fiziki enerji ilə təmin olunuruq.
Sevdiyimiz işlə məşğul olduqda, yaxud dəyər verdiyimiz insanlarla zaman keçirdikdə emosional enerjimiz artır.
Yeni ideyalar, kreativ düşüncələr irəli sürdükdə, kitab oxuyub, fərqli təlimlərdə iştirak edərək intellektual enerjimiz təmin olunur.
İnsanlara yardım etdikdə, xeyirxahlıqla məşğul olduqda isə mənəvi enerjimiz bizi gücləndirir.
Bu istiqamətlərdən hansısa zəifləyirsə, digərlərinə də təsir göstərərək ümumi həyat enerjimizi azaldır.