Stresi aradan qaldırmanın yolları

Əksər vaxt kişi bütün gün işdə fərqli problemlər həll etməklə məşğuldur, qadın isə axşama kimi ev işlərini çatdırmaq və yemək bişirməklə yorur özünü. Bu səbədən də tərəflər münasibətlərinə normal vaxt ayıra bilmir və stresə qapanırlar.

Münasibət üçün vacib olan məqamlardan biri qarşılıqlı anlayış və stresi idarə etməkdir. İstərdim mən də sizinlə stresi azaltmaq üçün 7 vacib yanaşmaları bölüşüm.

Bir-birinizin şikayətləri və iradları üçün 15 dəqiqə vaxt verin. Bu sizin emosional rahatlığınız və narahat edən problemləri qarşı tərəfə çatdırmağınız üçün nəzərdə tutulur.

Onunla hər hansı bir məsələyə aydınlıq gətirdiyiniz zaman, diqqətinizi yalnız ona verin. Çünki qarşı tərəf fikir bildirdiyində siz onu dinləməsəniz, bu ona dəyərsizlik duyğusu yaşadacaq və münasibəti daha da gərginləşdirəcək.

Qarşı tərəf yardım, yaxud məsləhət istəmədiyi təqdirdə, bunu etməyin. Sadəcə problemi dinləyin və yardım edə biləcəyinizi təklif edin. Məsələni sona qədər izah etməsinə şərait yaradın, onu yarımçıq dayandıraraq məsləhət verməyə, özünüzü və fikrinizi üstün tutmağa çalışmayın.

“Səni başa düşürəm”, “Bu doğurdan da xoş deyil”, “Yəqin ki, bu davranışıma çox əsəbləşdin...” deyərək onu anladığınızı, narahat edən düşüncələri onunla bərabar yaşadığınızı hiss etdirin.

Eyni tərəfdə olmağa çalışın. Əgər sizə xoş gəlməyən, narahat edən bir məsələ varsa, bunu bərabər müzakirə edin, sən dilindən deyil, mən-biz dilindən istifadə edin, əsla onu günahlandırmayın.

Ailənizin bir çətinliyi olduqda, bir-birinizin yanında olduğunu hiss etdirin. “Sən bacararsan” deyil, bizdə alınacaq ifadəsindən istifadə edin. Onun tək olmadığını xatırladaraq, narahatlığını bölüşün və dəyər verdiyinizi bildirin.

Bədən dilindən istifadə edin. Fiziki təmas qurmağa çalışın, əlindən tutun, qucaqlayın. Bu sizin aranızda olan emosional bağı gücləndirir, gərginliyi və stresi azaltmağa kömək olur.


Stresi aradan qaldırmanın yolları
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.