Autizm nədir?

Autizm-erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf problemidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünə qapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Autizm kifayət qədər geniş yayıimış haldır belə ki, təxminən min uşaqdan beş nəfərində müşahidə olunur. Hal-hazırda autizmin yaranmasinin dəqiq səbəbləri məlum deyil. Lakin autizmin nədən yaranmasına fikir bildirən mütəxəssislər belə hesab edirlər ki,autizmin yaranmasi həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar,eləce də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. Müasir tədqiqatlara əsasən autizmi əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər.Bu isə bir sira səbəblərlə əlaqədar ola bilər:
Maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsi, hamiləlik dövründə və doğuş zamanı yarana bilər, epilepsiya sindromu ilə və yaxud bir sıra uşaq xəstəliklərinin (məs; qızılça,məxmərək və s.) kəskinləşməsi ilə meydana gələ bilər.
Autizmli uşaqlarin xüsusiyyətləri:
• Başqalarına qarşı maraqsızdır
• Göz təmasından qaçır
• Başqaları ilə ünsiyyət qurmur
• İstəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir
• Digər uşaqlarla oynamır
• Uzun müddət ərzində eyni mövzu üzərində danışır
• Səbəbsiz olaraq ağlayır, gülür və səbəbsiz davranışlar nümayiş etdirir
• Mənasız sözləri ardıcıl təkrarlayır
• Predmetləri davamlı olaraq çevirməkdən xoşu gəlir
• Yaradıcılıq tələb edən oyunları oynaya bilmir
• Hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir
• Hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur
• Davamlı olaraq eyni oyunları oynayır
• Ağrıya qarşı laqeyddir
• Səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir
• Exolaliya (cavab vermək əvəzinə, özünə deyilənləri eynilə təkrar etmək)
• Tək qalmağı xoşlayir
• Təmasdan və qucağa alınmaqdan xoşu gəlmir
• Predmetlərə bağlanır
• Ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır
• Həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik müşahidə olunur
Əgər uşağınızda bu xüsusiyyətlərin bir necəsini müşahidə edirsinizsə vaxt keçirmədən bir psixoloqa müraciət edin . Çünki ilkin diaqnoz çox önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, müqayisəsi bəzi problemləri erkən fərq edə bilmələri baxımından çox əhəmiyyətlidir. Onu da qeyd edək ki, körpədə autizmin olmasını hamiləlik dövründə müəyyən etmək mümkün deyil. Autizmin diaqnozu uşaq psixoloqları tərəfindən də qoyula bilər. Öncə uşağın inkişaf pillələrini, oyun şəkillərini, yaşıd əlaqəsini, maraq sahələrini, şifahi və emosional ünsiyyətini müayinə etməli, valideynləri ilə musahibə apararaq,uşagin inkişafında əsas diqqəti çəkən problemləri öyrənmək , dogus və sonraki dövrləri usagin ozunemexsus xususiyyetleri haqqinda herterefli informasiya almaq,daha sonra lazım olan bütün testlər edilməlidir.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.