Valideynlərin yanlış ifadələri.

Valideynlərin yanlış ifadələri.Hərəkətlərinizlə dedikləriniz üst-üstə düşmür. “Yemək vaxtınacan konfet olmaz. Qışqırıb, ağlama. Dedim axı olmaz. Ağlasan heç vaxt sənə şirniyyat verməyəcəm. Sakit dur, başımı ağrıtdın. Yaxşı, ala konfet verim, ancaq sakit dur.” Uşaq nəticə çıxarmağa başlayır ki:
-Anamın sözü heç nə ifadə etmir
-Nəyisə istəyirəmsə, sadəcə daha çox ağlayıb, qışqırmalıyam.
Uşağınızın yerinə onun nə istədiyinə qərar verirsiniz. “Ana, mən rəsmlə məşğul olmaq istəyirəm.”
“Nə rəsmi?! Özünə bir bax! Beli əyri toyuğa oxşayırsan. Səni bədii gimnastikaya yazdıracam.” Uşaq nəticə çıxarmağa başlayır ki:
Mən- beli əyri toyuğam
Mən nə istədiyimi bilmirəm.
Uşağın hər istəyin məhdudlaşdırmağa çalışırsınız.
Belə edərək onu həyat resurslarının azlığına öyrədirsiniz. Hər şey olmaz! Çox olmaz!
Elədiyi hər xırda şeyə görə üzr istəməsini tələb edirsiniz!
Əgər düşünürsünüzsə ki, uşaq özünü yetərincə günahkar hiss etmir, o zaman onu cəzalandırırsınız. Belə edərək, uşağa səhvini başa düşməyi deyil, özünü yalandan günahkar göstərməyi öyrədirsiniz.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.