Uşaq kimdən yox, nədən qorunacağını bilməlidir...

Uşaq kimdən yox, nədən qorunacağını bilməlidir...
Uşaq istismarı kimliyindən asılı olmayaraq hər kəsi qəzəbləndirir, valideynlər isə buna görə daha çox təşviş və narahatlıq hissi keçirirlər. Ata-analar uşaqlarını təhlükələrdən qorumaq yolunu asudə vaxtlarında onları evdən kənara buraxmamaqda görür. Bəziləri isə yay aylarında belə övladlarını nəinki parka, xiyabana, əyləncə yerlərinə, hətta həyətə belə buraxmağa ehtiyat edir.
Bir çoxları isə kiçik yaşlardan uşağa “yad insanlardan uzaq ol” düşüncəsini aşılayır. Amma bir məsələni unudurlar ki, uşağın daxilindəki yad insan qorxusu təhlükənin qarşısını almır. Çünki uşaq istismarının çoxu yadlar tərəfindən yox, qismən tanıdıqları tərəfindən baş verir. Bu səbəbdən də uşaqlara “kimdən” deyil, nədən qorunmaları təlqin olunmalıdır. İstər tanış, istərsə də yad insan olsun, uşaq onun daxili aurasına icazəsiz daxil olan hər kəsdən narahatlıq hiss etməlidir.
Buna görə də ana-ata məhrəmiyyət təliminə yiyələnməli, övladlarını belə təhlükələrdən qorumağın optimal qaydalarını öyrənməlidir.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.