Xoşbəxtlik nədir?

Xoşbəxtlik nədir?
Dünyanı dəyişdirmək fikrinə düşməzdən öncə özümüzdə dəyişiklik etməliyik. Məsələn, buna elə yaxın çevrəmizdəki insanlara xoş münasibətdən başlaya bilərik. Empatiya qurun və onların xoşbəxtliyini izləmək üçün ekran qarşısına keçin. Üzünüzdəki təbəssümü onlar da, siz də görəcəksiniz. Niyyətinizi xoş tutmağı, yalnız olduğunuzda belə doğru tərəfə baxmağı və sevməyi unutmayın.
Xoşbəxtlik hüzura qovuşmaqdır. Daxili sakitliyinizi qoruyun, küsən, inciyən, qırılğan duyğuları özünüzdən kənarlaşdırın. Daxili hüzur və rahatlığınızı tənzimləyin, yaşamınıza tarazlıq gətirin. Hadisələrə pozitiv yanaşma öz əlinizdədir. Stəkana dolu tərəfindən baxın. Üzü gülər olmaq həm özünüzə xoş ovqat bəxş edəcək, həm də qarşınızdakı insanların enerjisini müsbət tərəfə yönləndirəcək.
Bir adamı sevmək üçün səbəb aramayın və qarşılıq təmənnasında olmayın.
Bəhanə axtarmayın; Uğura gedən yolda ən qorxulu düşmən bəhanələrdir. Ətrafdakı problemlər, iqtisadi vəziyyət, ailə, uşaq, dostlarla bağlı şikayətlər əslində sizi uğurdan uzaqlaşdıran bir virusdur. Bəhanə xəstəliyinə tutulmaq yerinə çarə aramaq lazımdır. Bir hədəfiniz olmalı, qərar verməli, ən önəmlisi bacaracağınıza inanmalısınız. Bu yoldakı fədakarlıqlardan boyun qaçırıb geri çəkilməyin. Uğurun açarı əməkdir. Daha az yatmalı, daha çox çalışmalısınız.
Eqoist olmayın;
Əslində hər insan az, ya da çox dərəcədə eqoistldir. İnsanı yönləndirən ən təməl duyğulardan biri də eqoizmdir. Həm də böyük rəqabətin hökm sürdüyü bu dünyada. Hər şeyin ən gözəlini, ən yaxşısını, ən cazibədarını əldə etmə istəyi yerini paylaşmağa verərsə, bu bizə özümüzü yaxşı hiss etməyimiz, sosiallaşmağı sürətləndirdiyi üçün keyf almaq və xoşbəxtlik həzzini yaşadacaqdır. Eqoist insan özünü dünyanın mərkəzində görər. Baş verən hər şeyin, hər hadisənin ona görə şəkillənməsi gərkdiyini düşünər. Bu, özünüzü yalnızlığa sürükləməkdən başqa bir şey deyildir. Eqoist insan ailəsinin, dostlarının, yaxın çevrəsinin istək və arzularını, xoşbəxtliyini vecinə almaz. Çünki onun üçün digər insanların sevinc, istək və arzularının, həmçinin üzüntü və kədərinin heç bir önəmi yoxdur. Zaman keçdikcə bu daha dözülməz hala çevrilər. Bir çox evliliklərin, dostluqların, ortaqlıqların bitmə, qohumluq bağlarının qırılma səbəblərindən ən xarakterik olanı narsisizm və eqoizmdir.
İmkanları, xoşbəxtlik və üzüntünü paylaşa bilmək insanı sevindirir, ona xoşbəxtlik gətirir.
Hər şeyi xoşbəxtliyinizin şərti kimi istəməyin;
Çünki istəklər heç bitməz. İnsan oğlu yarandığı gündən bəri istəmiş və istəməyə davam etmişdir. Əlçatmazları arzulayıb ona yetə bilməyəndə özümüzü bədbəxt hiss edirik. Bu daxili rahatlığı, hüzuru, harmoniyanı pozar. Arzuladığınızı əldə etdiyiniz an dünyanın xoşbəxti olacağınızı düşünürsünüz. Amma bu uzun sürməz. Çox keçmədən yeni istəklər yaranacaq. Xoşbəxtliyin tək şərti istədiyini əldə etmək deyildir. Bu, sadəcə ani xoşbəxtlikdir.
Özünüz olun.
Rola girməyin, kimsəni təqlid etməyin. Orijinal olmağınız obyektiv olmağınızı asanlaşdıracaq. Özünüzü tanıyın və özünüzə yadlaşmayın. Gülüb ağlayarkən olduğunuz kimi, davranışlarınızda da özünüz olun. İnkişaf etmək arzusunda olan şəxs başqaları kimi olmaq, onun rolunu oynamaq istərkən yalnız digər insanlardan deyil, həm də özünüzdən, şəxsi “Mən”inizdən uzaqlaşırsınız. İnsan hisləri, qərarları, bacarıqlarıyla insan olur. Özü olmayan yetkinləşib kamilləşməz, seçilməz, qısası bir fabrikin buraxdığı eynitipli məhsuldan fərqi olmaz. Özünüzdən qətiyyən uzaqlaşmayın. Çünki içinizdə saxladığınız cövhərdə gizli aradığınız hər şeyin çözümü var. Xoşbəxtliyin belə... Xoşbəxtliyi sağda, solda, siyasətdə, meşənin dərinliklərində, dalğaların arasında, şərab şüşəsinin dibində, paranın gücündə aramayın.
Xoşbəxtlyə çatmaq, xoşbəxtlik nədir?-in cavabını istəyirsinizsə, çox da uzağa getməyin. Xoşbəxtlik siz özünüzsünüz, içinizdəki yeni günə oyanmanın sevincini yaşamaqdır.
Dünyanı dəyişdirmək fikrindən əvvəl özümüzdə bir neçə dəyişiklik edək. Buna ətrafımızdakı insanlara xoş ovqat bəxş etməkdən başlayaq. Empatiya qurun və sadəcə onların xoşbəxtliyini izləmək üçün ekran qarşısına keçin. Üzünüzdəki təbəssümü onlar da, siz də görəcəksiniz. Niyyətinizi xoş tutun, yalnız olduğunuzda doğru tərəfə baxmağı, və sevməyi unutmayın.
Vicdanımızı, duyğularımızı beynimizin paralelində tutar və doğru yönləndirərsək, xoşbəxt yaşaya bilərik.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.