Xoşbəxt və rahat yaşam üçün 10 məsləhət.

Xoşbəxt və rahat yaşam üçün 10 məsləhət.
1. Böyüdükcə zamanın necə tez keçdiyinin fərqinə varacaqsınız. Ona görə də heç nəyi sonraya saxlamayın, nəyisə gözləməyin, ən gözəl vaxt-indidir! Ayağa qalxın və istədiyinizi edin!
2. Valideynlərinizə hörmət edin. Unutmayın ki, onlar sizin təməl və başlanqıç nöqtənizdir. Onlara hörmət etmədən, özünüzü hömərtli edə bilməzsiniz.
3. Çoxlu uşaq dünyaya gətirin. Bizim zamanımızda dünyaya bir uşaq gətirmək dəbdə idi. İndi ki zamanda isə mən və bütün yaxınlarım aldığımız bu qərara görə heyifslənirik.
4. Xoşbəxt ailə həyatı sevgi və hörmətin təməlində qurulur. Özünüzü sevdiyiniz insanın yerinə qoyun, özünüzə qarşı görmək istəmədiyiniz davranışı ona etməyin.
5. Gerçək dostluq tək xoş anlarda deyil, ən çətin vəziyyətdə də bir yerdə olmaq deməkdir. Ünsiyyətsiz dostluq olmur! Sizə dəyərli olan insanlarla mütamadi olaraq əlaqə saxlamağa çalışın.
6. Ailə problemlərinin həlli yolun tapa bilmək üçün öncə hamı sakitləşməli, daha sonra yaranan problemi müzakirə etməlidirlər.
7. Həyatda sevmədiyiniz işlə məşğul olmayın. Sevdiyiniz iş sizin enerji mənbəyiniz, sevmədiyiniz iş isə işgəncəniz olacaq.
8. İnsanlara qarşı xeyirxah olun. Onların həyatda nələr çəkdiyini bilə bilməzsiniz.
9. Övladlarınızla çoxlu vaxt keçirin.
10. Digərlərinin fikrinə hörmətlə yanaşın, hətta bu sizin fikirlərinizə zidd olsa belə. Heç bir fikir və düşüncə düşmançılığa səbəb ola bilməz.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.