"YOX" deməyi öyrən!

"YOX" deməyi öyrən!
Hədsiz ürəyiyumşaqlığım mənə çox əziyyət verir. Məndən kömək istəyənə yox deyə bilmirəm. Hətta gücüm, imkanlarım xaricində olsa belə etiraz etmirəm, adamların qəlbini qıracağımdan ehtiyatlanıram. Yerinə yetirə bilməyəndə isə vicdan əzabı çəkirəm. Bu xəstəlikdirmi?
Tanış mənzərədir və həyatda hər birimiz belə hallarla qarşılaşırıq. Birini çarəsiz, ümidsiz görəndə istəyinə “yox” deyə bilmir və günlərlə vicdan əzabı çəkirik. Səbəb nədir?
Onlardan bir neçəsini diqqətinizə çatdırırıq.
-Alçalmaq, kobuq qarşılıq almaq, fiziki və ya psixoloji basqı qorxusu.
Bu daha çox münasibətdə neqativ nəticə ilə qarşılaşmaq istəmədiyimiz an yaranır. Əgər həmsöhbətniz aqressiv davranış nümayiş etdirirsə, yaxud əhvalınız yerində deyilsə, fikir və baxış bucağınızı nəzə almadan qarşınızdakının istəyi, tələbi ilə razılaşırsınız. Bu halda hadisəni yalnız sağlam düşüncə ilə dəyişə bilərsiniz, əgər axıra qədər qorunma resurslarınız varsa, öz fikrinizdə qalırsınız, əks halda razılaşmalı olursunuz.
-İmtina və ya uzaqlaşma qorxusu. Elə düşünürsünüz ki, əgər razılaşmasanız sizə kobud və soyuq davranacaqlar. Bu hal daha çox dəyər verdiyiniz, yaxın insanlarla münasibətdə yaşanır. Qorxunun təməli uşaqlığa dayanır. Məsələn, kiçik yaşlı uşaqlarda formalaşan “özümü yaxşı aparsam, məni sevəcəklər, sevgini qazanmaq lazımdır” düşüncəsi şüuraltıda yatıb qalır, zaman-zaman dərinləşir, narahatlıqlar yaradır və deyilənlə razılaşmaq vərdişinə yol açır. Fikir bildirdiyinizdə isə bu, əsəb pozuntusu, yeniyetməlik aqressiyası, isyankarlıq kimi alqılanır. Bu kimi qorxu halı hiss etdiyinizdə əmin olun ki, sizə dəyər verənlər onların fikirləri ilə razılaşmasanız da sizi sevəcək, buna görə sizdən üz döndərməyəcəklər. Başlanğıcda davranışınızı üsyankarlıq kimi düşünsələr də belə hallar təkrarlandığında sizin də söz haqqınız olduğunu anlayacaqlar.
-Xətrə dəymək və qəlb qırmaq qorxusu. İmtina etməyiniz yardım gözləyənin qəlbini qıra bilər, əsəbi vəziyyət yaradar. Davranış və emosiyaları ilə psixoloji basqı uyğulamaqla sizə günahkarlıq, ona borcluluq duyğusu təlqin edər, nəticədə vicdan əzabı çəkməmək üçün razılaşmaq məcburiyyətində qalarsınız. Amma unutmayın ki, bu emosional təhdiddir, aldanmayın və hər kəsdən öncə özünüzü düşünməyə çalışın.
Əmin olmama, qərarsızlıq. Qərarsız insanlar nadir hallarda özlərinə əsəbiləşməməyə, inadkar, qətiyyətli davranmağa icazə verirlər. Amma komfortlu yerlərdə, məsələn evdə çox tez özlərindən çıxa bilirlər. Aqressiv çıxışları yanlış ünvana yönləndirmələri ilə yanaşı, bəzən öz içlərində saxlayaraq depressiya və xəstəliklərə yol açırlar. Qəzəb hissinə qadağa qoyaraq imtina etməkdən qorxursunuz, çünki daxilən özünüzü köməksiz, çarəsiz hiss edirsiniz, sonadək qoruna bilməyəciyinizi düşünürsünüz. Əgər yox deməyə qorxursunuzsa, o zaman əsəbiləşmək, qəzəblənmək haqqınız olduğunu unutmayın. Bu artıq bir addımdır.
Ayıbdır, razlışmalıyam stereotipləri. Əgər uşaqlıqda sizə fikir bildirmədən böyüklərlə razılaşmağı öyrədiblərsə, çətin ki, “yox” deməyi bacarasınız. Bu halda belə düşüncə formalaşır ki, razılaşmamaq bağışlanmaz kobudluqdur. Amma siz həyat qaydalarınızı istədyiniz kimi dəyişib, yeni stereotiplər yarada bilərsiniz. Heç nə bir zaman gec deyil.
- Əvəzolunmazlıq duyğusu.
Özünüzü çox sevirsiniz, sizsiz bacarmazlar düşüncəsindəsiniz. İnsanlara təsiriniz, hadisyə cavabdehliyiniz xoşunuza gəlir. Hətta sonda mən sizə görə hər şey edirəm, minnət ilə onlara basqı da edirsiniz. Bir anlıq düşünün: həyatınızı başqalarının qayğı yükü ilə doldurmağa dəyərmi?
Yox deməyi öyrənmək üçün praktik məsləhətlər:
-Zaman qazanın.
Əgər yox deyə biləcək qərarda deyilsinizsə, fikirlərinizi toparlamaq üçün özünüzə bir qədər vaxt verin. Məslənin həllindən qaçmaq, qəti cavab verməmək üçün “bir az düşünməliyəm”, “indi danışa bilmirəm, sonra zəng vuraram...”, “ cavab verməyə hazır deyiləm” kimi ifadələrdən istifadə edərək neytral zonaya çəkilə bilərsiniz. Həmsöhbətiz əsəbləşməyə başlayırsa, ehtiyatlı olun, bilin ki, təzyiq həmləsi ilə fikrinizi dəyişməyə çalışır.
-Eləyə bilmədiyiniz, əmin olmadığınız işə görə vədd verməyin. Mədəni şəkildə imtina etməyə çalışaraq, yaxşı, fikirləşərəm, çalışaram kömək edim kimi fikirləri qarşı tərəf razılıq olaraq qəbul edə bilər. Nəticədə siz məsuliyyətsiz, etibarsız adam olaraq tanınırsınız.
Yox, deyərkən qətiyyətli olun. Qərarsızlığınız qarşınızdakına sizi yola gətirə bilər düşüncəsi verir və bu halda emosional təzyiq başlanılır. Üzr istəməklə başlanan imtina qarşı tərəfə hələ dediyinizdən əmin olmama mesajını verir. Manipulasiya zamanı sizi asanlıqla rahat buraxmayacaqlırına hazır olun. Hətta burada bir az yazıqlıq və vicdan əzabı hissi, sizin ona borclu olduğunuz düşüncəsi də ortaya girəcək. Aldanmayın! Məsələni kimin doğrusu daha doğrudur prizmasından həll etməyə çalışmayın. Bütün söz oyunlarından sonra qəti şəkildə imtina etdiyinizi və qısaca səbəbi bildirin.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.