Valideynlər üçün yaddaş.

Valideynlər üçün yaddaş.1. Övladınızın sizin kimi və ya arzuladığınız kimi olmasını gözləməyin. Ona özü olması üçün kömək edin.
2. Etdiyiniz hər şey üçün qarşılıq gözləməyin. Siz ona həyat vermisiniz, buna görə necə təşəkkür edə bilər axı? O da başqasına həyat verəcək. Bu qarşılıqsız həyatın qanunudur.
3. Qocaldığınızda quru çörək yemək istəmirsinizsə, övladınızı kin və incikliklə böyütməyin. Unutmayın ki, nə əkərsinizsə, onu da biçərsiniz.
4. Onun problemlərini kənardan izləməyin. Həyat hər kəsə öz gücünə görə verilib, əmin olun ki, onun təcrübəsi olmadığından, o sizdən daha çox narahatdır.
5. Uşağı alçaltmayın.
6. Unutmayın ki, insanın ən önəmli görüşləri övladı ilə olan görüşləridir. Onlara diqqət ayırın, uşağın daxilində nələr baş verdiyin biz bilə bilmərik.
7. Övladınıza edə bilmədikləriniz üçün özünüzü günahlandırmayın. Uşaq istəkləri tükənməzdir.
8. Uşaq sənin həyatını bötüvlükdə əlinə keçirmiş cani deyil. O Allahın sizə göndərdiyi əvəzsiz varlıqdır. Onu sevin və qoruyun.
9. Başqa uşaqları da sevməyə çalışın. Onlarla yaxşı rəftar edin. Öz ovladınıza rəva bilmədiyiniz davranışı ona da göstərməyin.
10. Övladınızı olduğu kimi sevin, istedadsız, uğursuz, böyümüş olsa belə. Onun varlığına sevinin və şükür edin, çünki onun varlığı sizin üçün bayramdır.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.