Dəyərsizlik duyğusu və onun korreksiyası.

Dəyərsizlik duyğusu və onun korreksiyası.
Şüuraltında ən çox rast gəlinən problemlərdən biri dəyərsizlik duyğusudur. Bu duyğu bütövlükdə həyata mənfi təsir göstərir.
Əsasən də 0-5 yaş arasında hər hansı bir səbəbdən “mən dəyərsizəm” inancı uşağın şüuraltına yerləşibsə, zaman keçdikcə özünü təsdiqləyərək daha da böyüyüb inkişaf etmiş olur. Əgər şüuraltınızda dəyərsizlik duyğusu varsa və bu sizi narahat edirsə, mütləq şəkildə bunu aradan qaldırmalısınız.
Dəyərsizlik duyğusu varsa:
1. Gördüyünüz işlərin dəyəri olmadığına inanmağa başlayacaqsınız. Bu da başqalarının etdiklərinizə qiymət verməməsinə gətirib çıxaracaq.
2. Ətrafınızdaki insanların sizə dəyər vermədiyini düşünəcəksiniz.
3. Layiq olduqlarınızı əldə etməkdə çətinlik çəkəcəksiniz. Özünüzə yetərincə dəyər vermədiyiniz üçün həyatınıza daxil olan dəyərli şeyləri qəbul etmək çətinləşəcək.
4. Bəzən gözəl və qiymətli şeylərə layiq olmama duyğusu ilə dəyərsizlik duyğusu sizi eyni anda narahat etməyə başlayar və bir-birini güvvətləndirər.
5. Bu duyğu daxili dünyanızda, özəl hayatınızda və münasibətlərinizdə faydalı olmanıza da ciddi şəkildə təsir göstərəcək.
Dəyərsizlik duyğusuna sahib olduğunuza inanırsınızsa, bunun həlli üçün ilk növbədə səbrli olmağınız mütləqdir.
Dəyərsizlik duyğusundan tamamilə xilas olmaq üçünsə, əlbəttə ki, psixoloji yardım almağınız məsləhət görülür.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.