“ideal ana”

“ideal ana”
Müasir dövrdə həm “ideal ana”, həm bacarıqlı ev xanımı olmaqla bərabər, karyera yolunda uğur qazanmaq çox çətindir. Qadınlar könüllü olaraq hər işi öz boyunlarına götürməklə hayatları üçün ən vacib olanı-özlərini unudurlar.
Ona görə də :
1.İdeal olmağa çalışmayın.
Ümumiyyətlə, “İdeal” ana varmı? Unutmayın, hər bir ana–öz bacarıq və çatışmamazlıqları ilə fərdididr. Uşağa ana-robot və ya hər şeyi bilən yox, ana-insan lazımdır.
2.Könüllü fədakar olmağa cəhd etməyin!
Bütün yükləri üzərinizə götürərək əziyyət çəkir, sonra da şikayətlənirsiniz ki hər şey sizin öhdənizdədir, köməyiniz yoxdur, heç nəyə gücünüz çatmır hər şey tək sizdən asılıdr. Ailənizə dördnala çapan işlək at yox, rahatlıq və xoşbəxtlik bəxş edən, şən pozitiv ana lazımdır. Ailənizi sizə kömək etməyə öyrədin, hər şeyi tək üstələnməyin. Özünüzə də istirahət verin, həftədə bir dəfə həyat yoldaşınızla kinoya gedin.
3.Özünüzü günahlandırmayın.
Hər xırda uğursuzluqda ruhdan düşüb, səbəbi özünüzdə axtarırsınız. Uşağınızla parka gedirsiniz, başqa analar o qədər xoşbəxt görünürlər ki, düşünürsünüz ki, onlar hər işi bacarır. Əgər ünsiyyətə girib dərinliklərə getsəniz, görəcəksiniz ki, heç də elə deyil və onların da bacarmadıqları çox şey var.
4.Səhər və axşam süfrəsində mütləq ailənizlə birlikdə olun.
Yemək süfrələri ailəni bir araya yığır və ünsiyyət üçün imkan yaranır. Bu zaman söhbət edərək fikirlərinizi bölüşüb istəklərinizi dilə gətirə bilirsiniz. Yemək qablarınızı əlinizə alıb öz otaqlarınıza çəkilib bu gözəl dəqiqələrdən məhrum olmayın.
5. Özünüzü sevindirin.
Analar övladları üçün heç nəyi əsirgəmirlər, özlərinə çatanda isə həmişə qənaət edirlər. Sözsüz ki, uşağa lazımlı şeylər mütləq alınmalıdır, lakin ananı özünü yaddan çıxarması bağışlanacaq deyil. Özünüzü sevindirmədən, mükafatlandırmadan imtina etməyin.
6. Özünüzə vaxt ayırın.
Təbii ki, evdə kiçik yaşlı övladlarınız varsa, bu bir qədər çətindir. Lakin vaxtı elə bölə biləsiniz ki, həm uşağınız sizdən yetərincə diqqət görsün, həm də siz həyat yoldaşınızla bir-birinizə vaxt ayıra biləsiniz.
Özünüzə dəyər verin, özünüzü sevin və sevindirin.
UNUTMAYIN Kİ, XOŞBƏXT UŞAQ YALNIZ XOŞBƏXT VALİDEYİNLƏRİN OLDUĞU AİLƏDƏ BÖYÜYƏ BİLƏR.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.