Mən DƏLİYƏM?

Mən DƏLİYƏM?
Bədən sağlığı pozulduğunda dərhal müalicə axtarışına başlanılır, həkimə gedilir, amma ruh sağlığı mövzu olduqda eyni şey keçərli olmur.
Bunun birinci səbəbi, insanın yaşadığı ruhi problemlə əlaqəli fərqindəliyin olmaması, yəni ruh sağlığının pozulduğunu anlaya bilməməsidir.
Bunu anlaya bilən, yaxud ətrafındakılar tərəfindən xəbərdar edilən insanların önündəki əngəllər isə “Mən DƏLİYƏM?”, “Psixoterapevtə dəlilər gedir” şəklində cəmiyyətdə inkişaf etmiş yanlış düşüncələrdir.
İnsanın bu əngəlləri aradan qaldıraraq, ruh sağlığı mütəxəssisinə müraciət etmək istədiyi vəziyyətdə hara müraciət edəcəyini, necə dəstək alacağını bilməməsi kimi hallar da baş verir.
Bəzi insanlar isə psixoterapiyanın faydalı olmayacağını düşünürlər çünki, bir xəstəliyin vəya narahatlığın dərman istifadə edilmədən düzələ biləcəyinə inanmırlar.
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.