“Uşaqdan valideynə xatırlatma”

“Uşaqdan valideynə xatırlatma”
1. Məni ərköyün böyütməyin. Çox gözəl bilirəm ki, istədiyim hər şeyi əldə edə bilmərəm, sadacə sizi sınayıram.
2. Mənimlə sərt rəftar etməkdən qorxmayın. Məhz bu yanaşmanızı sevirəm, çünkü bu mənə öz yerimi öyrədir.
3. Mənimlə münasibətinizdə gücünüzə arxalanmayın, bu məni gələcəkdə hər şeyi güc yolu ilə həll etməyə sövq edəcək.
4. Yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Bu sizə olan inamı zəiflədəcək.
5. Sizə nifrət edirəm deyəndə çox da məyus olmayın. Sadəcə onu demək istəyirəm ki, mənə etdiklərinizə görə təəsüflənəsiniz.
6. Məni yaşımdan kiçik hiss etməyə məcbur etməyin. Nəticədə daha çox zarıyıb, mızmızlanaraq sizdən istifadə edirəm.
7. Özüm edə biləcəklərimi mənim əvəzimə siz etməyin, əks halda mən sizdən qulluqçu qismində istifadə edə bilərəm.
8. Kənar şəxslərin yanında səhvlərimi düzəltməyin, mən sizin iradlarınıza təklikdə daha çox diqqət yetirərəm.
9. Konflikt zamanı mənim davranışımı müzakirə etməyin. Bu halda sizi dinləməkdən və əməkadaşlıqdan uzaqlaşıram. Ən yaxşısı bu barədə bir qədər sonra danışmaqdır.
10. Mənə məsləhət verib uzun-uzadı notasiya oxumağa cəhd etməyin. Mənim yaxşını və pisi necə gözəl aid etdiyimi bilində siz çox heyrətlənəcəksiniz.
11. Məni hərəkətlərimi ölümcül günah kimi hiss etməməmə məcbur etməyin. Özümü heç nəyə gərək olmayan biri kimi hiss etmədən, səhv etməyimə şərait yaradın.
12. Mənə irad tutmayın və deyinməyin, əks təqdirdə özümü karlığa qoyacam.
13. Heç vaxt özünüzün mükəmməl və günahsız olduğunuzu vurğulamayın, belə olan halda özümü sizinlə müqaisə etmək cəhdi yaranır.
14. Bir yerdə az vaxt keçirdiyimizə görə narahat olamayın. Əsas həmin vaxtı necə keçirməyimizdir.
15. Qoy mənim təşviş və qorxularım sizdə narahatlıq yaratmasın. Əks təqdirdə mən daha çox qorxacam. Mənə cəsarətin nə olduğunu göstərin.
16. Unutmayın ki, sizin diqqət və dəstəyiniz olmadan inkişaf edə bilmərəm.
17. Mənə öz dostlarınıza yanaşdığınız kimi yanaşın. O halda mən də sizin dostunuz ola bilərəm.
18. Bundan əlavə mən sizi çox sevirəm və xahiş edirəm ki eyni qarşılığı verəsiniz...
19. Mənim dürüstlüyümü çox sınamayın, əks halda qorxaraq yalan danışmağa başlayacam.
20. Unutmayın ki, eksperiment etməyi xoşlayıram.


“Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri,
psixologiya üzrə fəlsəfə doktoru Təranə Paşayeva
Loqos.az logo
"Loqos" Psixoloji və Nitq İnkişaf Mərkəzi 2014-cü il, martın 2-də Bakının Nərimanov rayonunda ilk fəaliyyətinə başlamışdır. İnsanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürən Mərkəz qısa zaman ərzində özünü təsdiqləyə, intellektual-maarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanimişdır.

Copyright by Loqos. All rights reserved.

Copyright by Loqos. All rights reserved.